Bideyiz məbədi - Şəki rayonun Bideyiz və Baş Küngüt kəndləri yaxınlığında yerləşən alban kilsəsidir. Kilsə şirindaşdan inşa edilmişdir. Yarımdağılmış vəziyyətdə olan kilsə vaxtilə yarımdairəvi tağ formalı örtüyə malik olmuşdur. Kilsənin interyeri arka və nişlərlə bəzədilmişdir. Apsidanın şimal tərəfində kiçik köməkçi tikili yerləşir. IV-V əsr alban kilsələri üçün xarakterik olan bu xüsusiyyət Bideyiz kilsəsini Azərbaycan ərazisindəki digər alban kilsələri – Mingəçevir və Govurqala məbədləri ilə yaxınlaşdırır. İstinadlar
Ədəbiyyat
Həmçinin bax
Qafqaz Albaniyasının memarlığı Alban Həvari Kilsəsi Azərbaycan arxeologiyası Azərbaycan memarlığı
Kateqoriya:Alban kilsələri Kateqoriya:Şəki abidələri Kateqoriya:IV əsrə aid kilsələr Kateqoriya:V əsrə aid kilsələr