thumb|upright=0.45|Sünbülzadə Vəhbinin Ədirnəqapıdakı məzar daşı.

Sünbülzadə Vəhbi () — Osmanlının XVIII əsr divan ədəbiyyatı şairi və diplomatı. Əsl adı Məhəmməd olub, Maraşda "Sünbülzadələr" olaraq tanınan ailənin nümayəndələrindəndir.Akün, Ö. Faruk, (2010) “Sünbülzâde Vehbî”, Türkiye Diyanet Vakfi İslâm Ansiklopedisi. vol. 38 pp. 140-141 Online:

Həyatı

Doğum tarixi dəqiq məlum olmasa da, 1789-cu ildə Şeyxülislam Məhəmməd Kamil Əfəndi üçün yazdığı qəsidənin bir beytində yaşının yetmişə çatdığını ifadə etməsi əsas götürülərək, doğum tarixinin 1718-ci il olduğu təxmin edilir.

Babası Maraşın məşhur müftilərindən Məhəmməd Əfəndi, atası isə özü kimi şair olan Rəşid Əfəndidir. Şairin doğulduğu təxmin edilən illərdə, dövrün digər bir məşhur şairi Seyyid Vəhbi Hələbdə qazı vəkili işləyirdi və şairin atası Rəşid Əfəndi də onun yanında xidmət edirdi. Seyyid Vəhbinin istəyi ilə Rəşid Əfəndi oğluna "Vəhbi" adını vermiş, şair də zaman keçdikcə bu adla tanınmış və ondan təxəllüs kimi istifadə etmişdir.

Dəqiq məlumat olmasa da, Vəhbinin uşaqlıq və gənclik illəri Maraşda keçmiş, mədrəsə təhsilindən sonra İstanbula getmişdir. İstanbulda dövrün yüksək məqam sahibi olan şəxslərinə qəsidələr və tarixlər () həsr edərək tanınmağa başlamış, Rumeli dəftərxanasında () çalışarkən qazı vəzifəsinə təyin edilmişdir. Dövrün şairlərindən olan dostu Sürurinin "Hezeliyyât" adlı əsərində yazdığına görə, Vəhbi Yaş, Buxarest, Əflak (Valaxiya), Boğdan (Moldova) və Siroz (Serres) kimi yerlərdə uzun müddət qazı vəzifəsini icra etmişdir.

Gözəl xətt və ifadə qabiliyyəti nəzərə alınaraq, ona dövlətin rəsmi yazışmalarını tənzimləmək vəzifəsi verilmiş, bu vəzifədəki nailiyyətindən sonra isə 1768-ci il Rusiya yürüşü zamanı maliyyə işləri şöbəsinə təyin olunmuşdur. Bu vəzifədə keçirdiyi yeddi ildən sonra və fars dilini mükəmməl bilməsinə görə 1775-ci ildə I Əbdülhəmid tərəfindən İrana elçi olaraq göndərilmişdir.

Buradakı fəaliyyəti zamanı Bağdad valisi Ömər paşa ilə aralarında yaranan ixtilaf I Əbdülhəmidə çatmışdır. Ömər paşanın sultana göndərdiyi mənfi hesabatdan sonra Vəhbinin edam edilməsinə qərar verilir. Lakin çox yaxın dostlarının ona əvvəlcədən xəbər verməsi nəticəsində Vəhbi gizlicə Bağdaddan İstanbula qaçır. Yenə yaxın dostlarının köməyi ilə özünü sultana bağışlada bilsə də, uzun müddət işsiz qalır. Nəhayət, dövrün sədrəzəmi Xəlil Həmid Paşanın köməyi ilə yenidən qazı vəzifəsinə qayıdır.

Vəhbi bir müddət Rodos qazılığı edir, daha sonra Avstriya yürüşü zamanı ordunun qazı vəkilliyinə təyin olunur. Ordu ilə bərabər Ədirnə, Sofiya və Niş ərazilərini gəzir və ardınca 1788-ci ildə Eski Zağra (Stara Zaqora) qazısı vəzifəsini öhdəsinə götürür. Burada şairin dostu Süruri də onun köməkçisi () kimi fəaliyyət göstərir. Eski Zağrada vəzifə yerinə yetirərkən çox ağır hadisələr yaşamış, hətta bir müddət həbsdə qalmışdır. Bu ərəfədə Süruri ilə aralarında soyuqluq yaranır və onun yazdığı bir həcvdən sonra Vəhbi vəzifəsindən azad edilir. Lakin dövrün sultanı III Səlimə təqdim etdiyi divandan sonra bağışlanır, əvvəlcə Manisaya, daha sonra isə Sirosa qazı təyin edilir.

Sünbülzadə Vəhbinin son qazılıq fəaliyyətləri Manastır və Boluda olmuşdur. Boludan sonra İstanbula qayıdan, lakin artıq səksən yaşını keçmiş şair podaqra (oynaq revmatizmi) xəstəliyinə tutulur, yatağa düşür, gözləri görməz olur və şüurunu itirir. 29 aprel 1809-cu il tarixində bu dünyadan köçür. Bu günə qədər tarixi mənbələrdə onun məzarının İstanbul Ədirnəqapıdan kənarda olduğu mövzusunda həmrəylik olsa da, dəqiq yerinin məlum olmadığı bildirilirdi. Lakin Fatih Çavuşun apardığı tədqiqatlar nəticəsində şairin məzarı aşkar edilmişdir.

Məlum olan əsərləri

Məlum olan əsərlərinin siyahısı aşağıdakı kimi verilmişdir:Koç, Mustafa (1999) "Vehbî (Sünbülzade)" Yaşamları ve Yapıtlarıyla Osmanlilar Ansiklopedisi Volume: 2 pp. 655-656, İstanbul: Yapi Kredi Kültür Sanat Yayıncılık, ISBN 975-08-0073-7

Töhfəyi-Vəhbi (): Müxtəlif bəhrlərdə 58 qitədən ibarət mənzum farsca-türkcə lüğətdir. 1783-cü ildə (hicri 1197) İrandakı missiyasından qayıtdıqdan sonra, müəllimi olduğu Sədrəzəm Xəlil Həmid Paşanın iki oğlu üçün qələmə alınmışdır. Daha əvvəl hazırlanan lüğətlərdə tapılmayan fars sözlərinə və ifadələrinə yer verdiyi üçün çox bəyənilmişdir. 1780-ci illərdə mədrəsələrdə və rüşdiyyələrdə (orta məktəblərdə) fars dili dərsliyi kimi istifadə olunmuşdur. Müəllif hələ sağ ikən, hicri 1213-cü ildə Həyati Əhməd Əfəndi və Ləbib Əfəndinin əlavələri və redaktorluğu ilə ilk nəşri işıq üzü görmüşdür. Sonradan 30-a yaxın təkrar nəşri edilmişdir.

Otuza yaxın çapı olan bu əsərin son nəşri Numan Küləkçi () və Turqut Qarabəy () tərəfindən yayımlanmışdır (Ərzurum, 1990).

Divan : 6 hissədən ibarət mənzum divandır. 5732 beytdən ibarət olan bu divana Vəhbi "Sünbülüstan" adının verilməsini istəmişdir. Divanın bölmələri aşağıdakılardır: Əsərin mənzum olaraq yazılma səbəbinin bəyanı; Ərəb dilində qəsidələr və beytlər; Sultan Mustafa üçün yazılmış bir mədhiyyəni də ehtiva edən fars dilində divança; Qəsidələr; Tarixlər (tarix qitəsi); Qəzəllər. Hər bölmənin sonunda tarix qitələri yer alır və fars dilindəki divançanin 1789-1790-cı illərdə (hicri 1204), digər beş bölmənin isə 1790-1791-ci illərdə (hicri 1205) tərtib edildiyi bildirilir. Divan III Səlimə təqdim olunmuşdur. Şeyxülislam Əsadəfəndizadə Məhəmməd Şərif Əfəndi, Raqib paşa və Xəlil Həmid paşaya ithaf edilmiş bir çox qəsidə mövcuddur. Qəsidə və qəzəllər arasında məşhur fars şairləri Hafiz Şirazi, Sədi Şirazi, xüsusilə Saib Təbrizi və Baqi, Yusif Nabi, Sabit, Nəfi kimi Osmanlı şairlərinə yazılmış nəzirələr və təxmislər yer almaqdadır.

Divanın çox sayda əlyazma nüsxəsi mövcuddur. İlk rəsmi çapı 1838-ci ildə Misirdə, Bulak mətbəəsində reallaşmışdır. Divanın elmi-tənqidi mətni tədqiqat işi ilə bərabər Sürəyya Əli Bəyzadəoğlu tərəfindən İstanbul Universiteti üçün doktorluq dissertasiyası olaraq hazırlanmışdır.Beyzadeoğlu, Süreyya Ali, (1993) Sünbülzâde Vehbî: Hayatı, Edebi Şahsiyeti, Divanının Tenkitli Metni ve İncelemesi (Doctoral dissertation), İstanbul Üniversitesi Sosyal Bilimler Enstitüsü; a.e., İstanbul 1993

Lütfiyyəyi-Vəhbi (): Oğlu Lütfullah üçün yazdığı 1181 beytdən ibarət mənzum nəsihətnamə (nəsihət kitabıdır). 1791-ci ildə (hicri 1205) hazırlanmışdır. Bu əsər Yusif Nəbinin "Xeyriyyə" adlı məşhur əsərindən nümunə götürülərək yazılmışdır. Şeir sənəti baxımından ədəbi dəyəri tənqid olunsa da, bir Osmanlı ziyalısının İstanbul cəmiyyəti haqqındakı baxışlarını və dövrün sosial mənzərəsini əks etdirməsi baxımından mühüm tarixi mənbə hesab olunur.

Əsərin bir çox dəfə (hicri 1252-1285-ci illər arasında 17 dəfə) qədim əlifba ilə çapı reallaşmışdır. Son olaraq Sürəyya Əli Bəyzadəoğlu tərəfindən redaktə edilərək müasir dilə sadələşdirilmiş və 1994-cü ildə yeni nəşri buraxılmışdır.Sünbülzade Vehbî (Ed.: Beyzadeoğlu, Süreyya Ali ) (1994) Lütfiyye İstanbul: Bedir Yayınevi

Nöhbəyi-Vəhbi (): III Səlimə ithafən 1799-cu ildə qələmə aldığı ərəbcə-türkcə mənzum lüğətdir. "Töhfə"yə nisbətən daha geniş həcmli olan bu əsərdə də az bilinən və nadir istifadə olunan sözlərə yer verilmişdir. "Nöhbə"nin ilk rəsmi nəşri hələ Vəhbi sağ ikən edilmiş, sonradan da dəfələrlə təkrar çap olunmuşdur. Respublika dövründə yeni latın qrafikalı əlifbaya keçilməsinə və ərəb-fars dillərinin tədris proqramındakı çəkisinin azaldılmasına qədər Osmanlı məktəblərində bu əsər (və Töhfə) dil təhsili üçün ən fundamental iki lüğət kimi effektiv şəkildə istifadə edilmişdir.

Nöhbəyi-Vəhbiyə şərh yazmağa və əlavələr etməyə ilk olaraq Həyati Əhməd Əfəndi başlasa da, ömrünün sonunda bunu başa çatdıra bilməmiş, əsərin redaktəsini və qalan hissələrini oğlu Həyatizadə Şərəf Xəlil başa çatdırmışdır. Bundan əlavə, əsər Şair Əşrəfin babası olan Yayaköylü Raşid Əfəndi tərəfindən də şərh edilərək çap olunmuşdur.

Şövq-Əngiz (): Qadın və kişi gözəlliyini tərənnüm edən məsnəvi janrında yazılmış bir əsərdir. Bir zənparə (qadın düşkünü) ilə məhbubpərəstin (gənc oğlanlara meylli şəxsin) qızların və oğlanların gözəlliyini müqayisə etdikləri, lakin əsərin sonunda ilahi eşqə yönəldikləri təxminən 770 beytdən ibarət münazirə tipli bir sənət nümunəsidir. Bəzi hissələri erotik və pornoqrafik xarakterli qəbul olunur. Əsərin əsl dəyəri dövrün "yerliləşmə" () ədəbi cərəyanı daxilində qiymətləndirilməsidir. Əsər bu növ münasibətlər üçün xalq arasında işlədilən yerli sözləri, idiomları və məsəlləri ehtiva etdiyinə görə linqvistik baxımdan böyük əhəmiyyət daşıyır. İlk nəşrləri bənzər mövzuları işləyən Ənderunlu Fazilin Hübannamə (), Zənənnamə () və Cənginamə () adlı əsərləri ilə bərabər eyni cilddə edilmişdir.

Münşəat (): Şairin özünün də bir beytində qeyd etdiyi kimi, bu əsərin böyük bir hissəsi baş verən güclü yanğın nəticəsində yanaraq məhv olmuşdur.

Divan (Geniş nüsxə) Uzun illər ərzində yazılmış və pərakəndə halda olan çox sayda şeirlərini bir araya gətirən və bu xüsusiyyəti ilə klassik Divan ədəbiyyatının ən böyük həcmli divanlarından biri hesab olunan məcmudur. Çox sayda əlyazma nüsxəsi mövcuddur və 1838-ci ildə Misirin Bulak şəhərində çap edilmişdir.

İstinadlar

Ədəbiyyat siyahısı

Koç, Mustafa (1999) "Vehbî (Sünbülzade)" Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi Cilt:2 sayfa:655-656, İstanbul: Yapi Kredi Kültür Sanat Yayıncılık, ISBN 975-08-0073-7 Beyzâdeoğlu, Süreyya A. (2000) Sünbülzade Vehbî, İstanbul: Şûle Yayınları ISBN 9756841605 Necatigil, Behçet, (24. Son bas:2016), "Sünbülzade Vehbî", Edebiyatımızda İsimler Sözlüğü, İstanbul: Yapı Kredi Yayınları (önceki baskılar:Varlık Yayınları) ISBN 9789750835940 Kurdakul, Şükran, (1973), "Sünbülzade Vehbî", Şairler ve Yazarlar Sözlüğü İstanbul: Bilgi Yayınevi --, (1969-1973) "Sünbülzade Vehbî", Meydan Larousse Cilt:11 Sayfa: 658 12 Cilt, İstanbul: Meydan Yayınları --, "Sünbülzade Vehbî", Büyük Larousse" Cilt: 21 Sayfa: 10924 --' "Sünbülzade Vehbî", Ana Britanica Cilt: 31 Sayfa: 159

Xarici keçidlər

Akün, Ö. Faruk, (2010) “Sünbülzâde Vehbî”, Türkiye Diyanet Vakfi İslâm Ansiklopedisi. c.38 say. 140-141 Online: Kara, Meltem (2015) Sünbülzade Vehbi Divan'ında Maddi kültür Unsurları ve Toplumsal Hayat T.C. İstanbul Kültür Üniversitesi, Sosyal Bilimler Enstitüsü (Yüksek Lisans Tezi)

Kateqoriya:Osmanlı divan şairləri Kateqoriya:Osmanlı yazıçıları Kateqoriya:Türkiyə diplomatları Kateqoriya:Türkiyə şairləri