Əbu Məhəmməd ər-Rəbi ibn Süleyman ibn Əbdilcəbbar ibn Kamil əl-Misri əl-Muradi (; ) — əş-Şafinin tələbəsi, İbn Tulun məscidində ilk dəfə hədis imla etdirmiş şəxs, fəqih.
Həyatı O, hicri 173-cü və ya 174-cü (790 və ya 791) ildə anadan olmuşdur. Nisbəsi "Muradi", ləqəbi isə "Müəzzin"dir.
Rəbi ibn Süleyman əl-Muradi, İbn Vəhb, Əsəd ibn Musa, əş-Şafii, Şuayb ibn Leys, Əbdürrəhman ibn Ziyadə, Bişr ibn Bəkr ət-Tinnisi, Səid ibn Əbu Məryəm və başqalarından müxtəlif sahələr üzrə təhsil almışdır.
Rəbi ibn Süleyman əl-Muradinin əş-Şafii ilə tanışlığı hicir 199-cu (814–15) ilindən sonrasına təsadüf etmişdir. O, əş-Şafiiyə dörd il tələbəlik etmiş və şafii məzhəbinin sonrakı nəsillərə çatdırılmasında mühüm rol oynamışdır.
Rəbi ibn Süleyman əl-Muradi özünü daha çox rəvayət istiqamətində inkişaf etdirmiş və əş-Şafiinin müəllifi olduğu əsərlərin rəvayətçisi olmuşdur. Əş-Şafiidən Misirdə rəvayət edənlərin sonuncusu olan Rəbi ibn Süleyman əl-Muradiyə müəllimi bunları demişdir:
Rəbi ibn Süleyman əl-Muradi Fustatdakı Əmr ibn Əs məscidində müəzzinlik, İbn Tulun məscidində isə hədis imla etdirmişdir. Ondan hədis öyrənmiş şəxslər arasında Əbu Davud, İbn Macə, Əbu Züra ər-Razi, Əbu Hətim ər-Razi, İbn Əbu Hətim ər-Razi, Nəsai, İbn Əbu Davud, Əbu Cəfər ət-Tahavi, Əbu Əvanə əl-İsfərayini, İbn Xuzeymə və başqaları vardır.
Rəbi ibn Süleyman əl-Muradi hicri 270-ci (884) ildə (884) vəfat etmiş və cənazə namazı Tolunoğulları əmiri Xumaraveyh ibn Əhməd ibn Tolun tərəfindən qıldırılmışdır.
İstinadlar