Titus Filipoviç (; ) — Polşalı diplomat, siyasi xadim və publisist. O, Birinci Dünya müharibəsindən əvvəl Polşa Sosialist Partiyasının liderlərindən biri olub. Xarici İşlər Nazirliyinin rəhbəri kimi 16 noyabr 1918-ci ildə Polşa dövlətinin yarandığını elan edən teleqramı imzalayıb. RSFSR-də müvəqqəti işlər vəkili (1921), daha sonra isə Polşa Respublikasının Amerika Birləşmiş Ştatlarında səfiri (1929–1932) vəzifələrində çalışıb. Titus Filipoviç 1920-ci ildə Cənubi Qafqazda xüsusi Polşa missiyasının rəhbəri olub.
İkinci Polşa Respublikası dövründə Varşavadakı mason lojasının üzvü olub, 1922-ci ildə Milli-Dövlət İttifaqının əsasını qoyub. Həyatı Titus Filipoviç 1873-cü il noyabrın 21-də Varşavada anadan olub. O, Dombrova Qurniça şəhərində məktəb təhsili alıb. Kömür mədənində fəhlə kimi çalışıb və sosialist siyasi fəala çevrilib. Filipoviç 1895-ci ildən etibarən Dombrova Fəhlə Komitəsində aktiv fəaliyyət göstərib.Zygmunt Woźniczka, "Ci, którzy rozsławili Dąbrowę Górniczą", gazeta.pl, 2006-11-14 Polşa Sosialist Partiyasının (PPS) fəal üzvü və mədənçilər üçün nəzərdə tutulmuş sosialist qəzetinin ("Górnik" / "Mədənçi") redaktoru olub. 1901-ci ildə hakimiyyət orqanları tərəfindən həbs edilsə də, Rusiya imperiyasının idarəçiliyində olan Varşavaya qaçmağı bacarıb.
Polşa Sosialist Partiyasındakı parçalanma zamanı o, Polşa Sosialist Partiyası – İnqilabi Fraksiyanın tərəfini saxlayıb və gələcəkdə Polşanın dövlət xadimi olacaq Yuzef Pilsudskinin yaxın tərəfdaşına çevrilib. 1904-cü ildə Yaponiyaya etdiyi səfərdə Pilsudskini müşayiət edib. 1905-ci ildə Filipoviç Rusiya imperiyası tərəfindən Varşava qalasında (sitadelində) həbs edilsə də, oradan da qaçmağa müvəffəq olub.Marek Kornat, "Posłowie i ambasadorzy polscy w Związku Sowieckim (1921–1939 i 1941–1943)" ("Polish Diplomatic Representatives and Ambassadors in the Soviet Union (1921–39 and 1941–43"), The Polish Diplomatic Review, 5 (21)/2004, pp. 129-203 online
İkinci Polşa Respublikası dövründə o, qısamüddətli olaraq Polşanın xarici işlər nazirinin müavini və ya nazir vəzifəsini icra edən şəxs olub (11–17 noyabr 1918).[ Telegram , short biographical note in an article in the periodical Wspólnota Polska Sonradan Yuzef Pilsudskinin "Prometeizm" layihəsindəki fəal iştirakına görə Polşanın Gürcüstandakı səfiri təyin edilsə də, Sovet qoşunlarının Gürcüstana müdaxiləsi (və ardınca ölkənin Gürcüstan Sovet Sosialist Respublikası kimi ilhaq edilməsi) səbəbindən bu vəzifənin icrasına başlaya bilməyib. Əksinə, orada sovetlər tərəfindən həbs olunaraq internasiya edilib (həbsxanada saxlanılıb). 1921-ci ildə Sovet–Polşa müharibəsinə son qoyan Riqa sülh müqaviləsindən sonra o, Polşanın Sovet İttifaqındakı ilk müvəqqəti işlər vəkili olub və orada Polşa səfirliyini təşkil edib. Daha sonra Finlandiya, Belçika və Amerika Birləşmiş Ştatlarında (1929–1932) diplomat kimi fəaliyyət göstərib.
1934-cü ildə Qabriel Çexoviç ilə birlikdə Filipoviç, "Sanasiya" (Sanation) hərəkatının dissident qolu olan Polşa Radikal Partiyasının (Polska Partia Radykalna) əsasını qoyub. Bu partiya böyük ölçüdə siyasi liberalizm prinsiplərinə sadiq qalsa da, Polşanın Xristian dövlətinə çevrilməsini, etnik polyaklara rəsmi üstünlüklər verilməsini və yəhudilərin mühacirətə təşviq edilməsini müdafiə edib.
İkinci Dünya müharibəsi zamanı və ondan sonra Filipoviç, mühacirətdəki Polşa Hökumətinin və Polşa Respublikası Milli Şurasının üzvü olub (1941–1942 və 1949–1953).
O, 1953-cü il avqustun 18-də Londonda vəfat edib.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Marek Kornat, "Posłowie i ambasadorzy polscy w Związku Sowieckim (1921—1939 i 1941—1943), The Polish Diplomatic Review, 5 (21)/2004, стр. 129—203