Məqtəl əl-Hüseyn (; ) — Dini ədəbiyyatda Kərbəla döyüşündən, Hüseynlə silahdaşlarının qətlə yetirilməsindən bəhs edən irihəcmli əsərlərin ümumi adı.
Haqqında Tarix boyunca müxtəlif dillərdə çoxlu məqtəllər yazılmışdır. Bunlarıln ən məşhuru hicri II (VIII) əsrdə yaşamış Əbu Mixnəfin qələmə aldığı məqtəldir. Əbu Mixnəfin məqtəli Kərbəla döyüşü barədə ilk mötəbər mənbələrdən sayılır. Amma kitab tarixdə itib-batdığı üçün yalnız başqa müəlliflərin, o cümlədən, tarixçi Təbərinin ondan rəvayət etdikləri fraqmentlər qalıb. Digər məqtəllər içində Seyyid ibn Tavusun "Məhluf", Vaiz Kaşifinin "Rövzətüş-Şühəda" əsərləri məşhurdur. Azərbaycan dilində ən gözəl məqtəl nümunəsini Füzuli qələmə almışdır (Hədiqətüs-Süəda). Bəzi ölkələrdə məqtəl oxuma ənənəsi mövcuddur. Məhərrəm ayında insanlar bir yerə yığışır və bir nəfər (bəzən bir neçə nəfər növbə ilə) məqtəl kitablarından birini oxuyur.Məqtəl nədir? (İstifadə: 24.06.2026)
Məqtəllərin siyahısı Ən məşhur məqtəllər bunlardır:
Məqtəl əl-Hüseyn, İbn Səd (v. 845). Məqtəl əl-Hüseyn, Bəlazuri (v. 892). Məqtəl əl-Hüseyn, Dinəvəri (v. 895). Məqtəl əl-Hüseyn, Kufi (v. 926).
Dövrümüzə qədər gəlib çatmamış məqtəllər:
Məqtəl əl-Hüseyn, Əbu Mixnəf (v. 774). Məqtəl əl-Hüseyn, Vəqidi (v. 823). Məqtəl əl-Hüseyn, Məmər ibn Müsənna (v. 825). Bu əsər İbn Tavusun şəxs kitabxanasına aiddir. Məqtəl əl-Hüseyn, Nəsr ibn Müzahim (v. 827). Bu əsərin adı İbn ən-Nədim və ən-Nəcaşinin əsərlərində qeyd olunub. Məqtəl əl-Hüseyn, Əbu Ubeyd Qasım ibn Səllam (v. 838). Məqtəl əl-Hüseyn, Mədaini (v. 843). Bu əsərin adı İbn Şəhr tərəfindən qeyd edilmişdir. Məqtəl əl-Hüseyn, İbn Əbid-Dünya (v. 894). Məqtəl əl-Hüseyn, Yəqubi (v. 905). Məqtəl əl-Hüseyn, Əbu Abdullah Məhəmməd ibn Zəkəriyya əl-Qaləbi (v. 910–911). Məqtəl əl-Hüseyn, Əbu Abdullah ibn Məhəmməd ibn Şahənşah əl-Bəğəvi əl-Bağdadi (v. 929–930).
Həmçinin bax Kərbəla döyüşü Aşura günü
İstinadlar
Xarici keçidlər Məhəmməd Füzuli., Hədiqətüs-süəda" ("Xoşbəxtlər bağçası"). PDF. Bakı. 2005 Zəkiyyə Əbilova., Azərbaycan ədəbiyyatında məqtəl janrı və əlyazmalarımız. PDF. Bakı. Azərbaycan ədəbiyyatşünaslığı, 2025, № 1. S.230–238 Kəmalə Nuriyeva., Abbasqulu ağa Bakıxanovun "Riyazul-quds" əsəri klassik məqtəl ənənəsinin davamı kimi. PDF. Bakı. Risalə jurnalı. № 2.2019(17) Elnurə Əzizova., Əbu Mixnəfin "Məqtəlül-Hüseyn" adlı əsəri tarixi mənbə kimi. PDF. Bakı. Tarix, İnsan və Cəmiyyət jurnalı., 2019. 1. (24). s.34–47 Elnurə Əzizova., Əbu İshaq əl-İsfərayiniyə aid edilən "Nurul-eyn fi məşhədil-Hüseyn" əsəri haqqında bəzi qeydlər. PDF. Bakı. Geostrategiya jurnalı., 16.12.2020
Kateqoriya:Kərbəla döyüşü Kateqoriya:Şiə ədəbiyyatı