Ümmü Osman Ərvə bint Küreyz ibn Rəbiə (; ) — xəlifə Osmanın anası, qadın səhabə və Məhəmmədin bibisi qızı.
Həyatı Ərvə bint Küreyz anasının adı Ümmü Hakim Beyza bint Əbdülmüttalibdir. O, cahiliyyə dövründə Əffan ibn Əbül-Əs ilə evlənmişdir. Bu evlilikdən Osman ibn Əffan və Əminə dünyaya gəlmişdir. Əffan öldükdən sonra Ərvə bint Küreyz, Uqbə ibn Əbu Mueyt ilə evlənmişdir.
Ərvə bint Küreyz Məhəmmədin peyğəmbərliyinin ilk illərində, Məkkədə müsəlman olmuş və Mədinəyə hicrət edərək orada yaşamışdır.
Məhəmmədə beyət edən qadınlardan olan Ərvə bint Küreyz, Osmanın xəlifəlik illərində Mədinədə vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Səhabə əcdadları