thumb|Məhəmmədin peyğəmbərliyi dövründə ərəb qəbilələrinin yaşadığı ərazilər Ərəb qəbilələri — tarix boyu indiki Ərəbistan yarımadasında, eləcə də Suriya və İraqın cənub bölgələrində köçəri, yarım-köçəri və oturaq həyat tərzi sürmüş birliklər.
Bölgənin iqliminin quraq olması, əkinçilik və ticarət üçün əlverişli olmaması səbəbindən onlar əsasən köçəri yaşayırdılar və şəhər məskənləri az idi.
Ərəb qəbilələrinin yaşadığı ərazilər ümumiyyətlə Hicaz, Tihamə, Nəcd və Yəməndir.
Hicaz, Mərkəzi və Şimali Ərəbistanda yaşayan ərəb qəbilələrinin əcdadı Ədnan, Yəməndə və Cənubi Ərəbistanda yaşayan ərəb qəbilələrinin əcdadı isə Qəhtan hesab olunur.
Bu qəbilələr və onların qolları arasındakı müxtəlif rəqabətlər tarix boyu müharibə və hərbi qarşıdurmalara səbəb olmuşdur. Bəsus və Ficar müharibələri məhz bu qəbildəndir.
Ərəb qəbilələri xəlifə Ömərin (634–644) xilafəti dövründə yeni torpaqların ələ keçirilməsində mühüm rol oynamışdır. Qəbilələr eyni zamanda Osmana (644–656) qarşı baş vermiş Birinci Fitnə hadisəsində, Şiəliyin meydana çıxmasında və I Muaviyənin Əliyə qarşı müxalifətində də fəal rol oynamışlar.
Başlanğıcda Ərəbistan yarımadası, Suriya və İraqın cənub bölgələrində yaşayan bu qəbilələr və onların qolları İslam fəthləri vaxtı Xorasandan Əndəlüsə qədər yayılmış, xüsusi ilə Bənu Təyy ilə Bənu İyad Şimali Afrika və Əndəlüsün ələ keçirilməsində iştirak etmişdilər.
Ərəb qəbilələri siyahısı Ədnanilər Qəhtanilər Bənu Bəkr Bənu İcl Bənu Hənifə Bənu Şeyban Bənu Teymullah Bənu Qeys ibn Sələbə Bənu Zöhl Əbdülqeys Qureyş Bənu Haşim Bənu Ümeyyə Bənu Nəvfəl Bənu Müttəlib Bənu Zöhrə Bənu Əbdüddar Bənu Əsəd Bənu Teym Bənu Məxzum Bənu Ədi ibn Kəb Bənu Səhm Bənu Təyy Bənu Təğlib Bənu İyad Bənu Xuzaa Həvazin Qeys Qətafan Bəni Müstəliq Rəbiə (qəbilə) Kəhlan Tənux Bəni-Nəzir Dəvasir Bəni-Yas Ənizə Fəzl (qəbilə) Nəxə (qəbilə) Ləxmilər Himyərilər Qəssanilər Kində Bənu Kinanə Əzd Əvs Xəzrəc Şəmmar Bənu Səqif Bənu Hüzeyl Bənu Ləhyan Bənu Amir Cürhüm
İstinadlar Kateqoriya:Ərəbistan qəbilələri Kateqoriya:Qəhtanilər Kateqoriya:Ədnanilər Kateqoriya:Cəmiyyət siyahıları