Hind-İran xalqları, Hind-İranlılar və ya öz tarixi adlandırmaları ilə Arya və ya Aryanlar (Sanskritcə: ā́rya - आर्य) — Hind-Avropa dil ailəsinin mühüm bir qolu olan Hind-İran dillərini E.ə III minilliyin ikinci yarısından etibarən Avrasiyanın geniş regionlarında yayan qədim Hind-Avropa xalqları qrupu. Onlar zamanla tarixi inkişaf prosesində İran xalqları və Hind-ari xalqları (Hind-Aryanlar) olmaqla iki ayrı alt qrupa bölünmüşdürlər.
Adlandırma
"Aryan" və ya "Arilər" termini tarixən Hind-iranlıları ifadə etmək üçün istifadə olunmuşdur. "Arya" sözü həm qədim İran, həm də Hind-ari xalqlarının ümumi əcdadları olan (Proto-Hind-iranlılar kimi də tanınan) və Hind-İran dillərinin ən qədim formalarında danışan icmaların özlərini adlandırmaq üçün istifadə etdikləri etnonimdir. Müasir dövrdə bir çox alim bu qrupu təsvir etmək üçün "Hind-İran" termininə üstünlük versə də, Yozef Vizehöfer, Vil Dürant və Yaakko Hakkinen kimi tədqiqatçılar hələ də "Aryan" sözünü birbaşa "Hind-İranlılar" mənasında işlədirlər. İtalyan populyasiya genetikçisi Luidji Luka Kavalli-Sforza da 1994-cü ildə nəşr olunmuş "İnsan genlərinin tarixi və coğrafiyası" adlı fundamental əsərində Hind-iranlıları müəyyən etmək üçün məhz "Aryan" terminindən istifadə etmişdir.
Mənşəyi İlkin Hind-iranlılar, Sintaşta mədəniyyəti və ondan sonra gələn daha geniş ərazilərə yayılmış Andronov mədəniyyəti ilə əlaqələndirilən, Proto-Hind-Avropa xalqlarının birbaşa nəsilləri kimi qəbul edilirlər. Onların tarixi ana vətəni qərbdə Ural çayı, şərqdə Tyanşan, cənubda isə Mavəraünnəhr və Hinduquş dağları ilə hüdudlanan geniş Avrasiya çölləri hesab olunur.
Genetik xüsusiyyətləri
Haploqrup R1a (Y-DNA) (R-M17 və ya R-M198) — ən geniş şəkildə Hind-Avropa dilli xalqlarla əlaqələndirilən Y-DNT alt qrupudur (subkladdır). Tədqiqatçıların fikrincə, R1a-nın mənşəyi ilə bağlı müzakirələrin böyük hissəsi, əslində, dominant olan R1a1a (R-M17 və ya R-M198) alt qrupunun köklərinə söykənir. Günümüzə qədər əldə edilmiş elmi məlumatlar, bu haploqrupun dünyada bir-birindən coğrafi cəhətdən uzaq olan iki əsas yüksək tezlikli (konsentrasiyalı) sahəsi olduğunu göstərir: bunlardan biri Şimali Hindistan yarımadası, digəri isə Şərqi Avropa (əsasən Polşa və Ukrayna ətrafı) əraziləridir. Bunun mümkün tarixi və tarixdən əvvəlki səbəbləri, populyasiya genetikləri və genetik şəcərə mütəxəssisləri arasında davam edən ciddi müzakirə mövzusudur. Bu mövzu həmçinin dilçilər və arxeoloqlar üçün də mühüm əhəmiyyət kəsb edir.
Krasnoyarsk bölgəsində, Andronovo arxeoloji mədəniyyətinə aid dövrlərdən qalmış 10 kişi qəbir qalığı üzərində aparılan tədqiqat zamanı, onlardan 9-nun Haploqrup R1a (Y-DNA) Y-xromosom haploqrupuna, 1-nin isə C-M130 (xC3) haploqrupuna aid olduğu müəyyən edilmişdir. Eyni Andronovo mədəniyyəti arealından və həmin regiondan tapılan 9 fərdin Mitoxondrial DNT (ana xətti) haploqrupları isə aşağıdakı kimi qeydə alınmışdır: U4 (2 nəfər), U2e, U5a1, Z, T1, T4, H və K2b.
2004-cü ildə nəşr olunmuş bir elmi araşdırmada, Tunc dövrü və Dəmir dövründə Qazaxıstan əhalisinin əksəriyyətinin (Tunc dövründə bura Andronovo mədəniyyətinin bir hissəsi idi) Qərbi Avrasiya mənşəli olduğu (U, H, HV, T, I və W kimi mtDNT haploqrupları ilə) və E.ə. XIII ilə VII əsrlər arasına aid edilən bütün qədim Qazaxıstan nümunələrinin Avropa soy kökünə bağlandığı müəyyən edilmişdir.
Arxeologiya
thumb|upright=1.82|Sintaşta-Petrovka mədəniyyəti (qırmızı) və bu mədəniyyətin E.ə. II minillikdə cənuba doğru — BMAK areallarına yayılmasını da göstərən Andronov mədəniyyətinin daxili inkişaf istiqamətləri. Tarixdə ilk məlum döyüş arabasının tapıldığı ərazi bənövşəyi rənglə göstərilmişdir.
Hind-İran tayfalarının miqrasiyası və yayılması ilə birbaşa əlaqələndirilən arxeoloji mədəniyyətlər aşağıdakılardır:
Avropa Poltavka mədəniyyəti (MÖ 2700–2100) Mərkəzi Asiya Andronov mədəniyyəti arealları (MÖ 2200–1000) Sintaşta-Petrovka-Arkaim (MÖ 2200–1600) Alakul mədəniyyəti (MÖ 2100–1400) Fedorovo mədəniyyəti (MÖ 1400–1200) Alekseyevka mədəniyyəti (MÖ 1200–1000) Baktriya-Margiana Arxeoloji Kompleksi (MÖ 2200–1700) Srubna mədəniyyəti (Ağac-bənd mədəniyyəti) (MÖ 2000–1100) Abaşevo mədəniyyəti (MÖ 1700–1500) Yaz mədəniyyəti (MÖ 1500–1100) Hindistan yarımadası H qəbirləri mədəniyyəti (MÖ 1900–1300) Qandhara qəbirləri mədəniyyəti (Svat mədəniyyəti) (MÖ 1600–500) Boyalı boz saxsı mədəniyyəti (MÖ 1100–350) İran Erkən Qərbi İran boz saxsı mədəniyyəti (MÖ 1500–1000) Son Qərbi İran dəvə yunu rəngli saxsı mədəniyyəti (MÖ 900–700)
Məşhur hindşünas və arxeoloq Asko Parpola, bu arxeoloji mədəniyyətlərin etnik mənsubiyyətinə dair aşağıdakı təsnifatı təklif edir:
Tarixi dövr Arxeoloji mədəniyyətParpola tərəfindən təklif edilən etnik mənsubiyyətMÖ 2800–2000Son Katakomb və Poltavka mədəniyyəti Son Hind-Avropa mərhələsindən → Proto-Hind-İran mərhələsinə keçidMÖ 2000–1800Srubna mədəniyyəti və Abaşevo mədəniyyətiProto-İranlılarMÖ 2000–1800Petrovka-Sintaşta mədəniyyətiProto–Hind-arilərMÖ 1900–1700BMAK"Proto-Dasa" (~ दास) Hind-ariləri; özlərini mövcud BMAK yaşayış məskənlərində formalaşdırmış və E.ə. 1700-cü illərdə "Proto-Riqveda Hind-ariləri" tərəfinfən məğlub edilmişdirlər.MÖ 1900–1400H qəbirləri mədəniyyətiHind-Dasa (~ दास) tayfalarıMÖ 1800–1000Alakul-Fedorovo mədəniyyətiHind-arilər, o cümlədən müqəddəs Soma (~ सोम) kultunu icra edən "Proto–Sauma-Aryanlar".MÖ 1700–1400Erkən Svat mədəniyyətiProto-Riqveda dialekti ↔ Proto-Dard dilləriMÖ 1700–1500Son BMAK mərhələsi"Proto–Sauma-Dasa" qrupu, Proto-Dasa və Proto–Sauma-Aryan qruplarının assimilyasiyasıMÖ 1500–1000Erkən Qərbi İran boz saxsı mədəniyyətiMitanni-Aryanları ("Proto–Sauma-Dasa" qrupunun davamı)MÖ 1400–800Son Svat mədəniyyəti və Pəncab boyalı boz saxsı mədəniyyətiSon Rigveda dövrü icmalarıMÖ 1400–1100Yaz mədəniyyəti II-III, Sistan regional qoluProto-Avesta icmasıMÖ 1100–1000Gürgan və Son Qərbi İran dəvə yunu rəngli saxsı mədəniyyətiProto-Farslar, Proto-MidiyalılarMÖ 1000–400Sincanın Dəmir dövrü mədəniyyətləriProto-Sakalar
İstinadlar
Ədəbiyyat siyahısı
. Jones-Bley, K.; Zdanovich, D. G. (eds.), Complex Societies of Central Eurasia from the 3rd to the 1st Millennium BC, 2 vols, JIES Monograph Series Nos. 45, 46, Washington D.C. (2002), , . .
. . . .
Biblioqrafiya
Vasil'ev, I. B., P. F. Kuznetsov, and A. P. Semenova. "Potapovo Burial Ground of the Indo-Iranic Tribes on the Volga" (1994).
Əlavə ədəbiyyat siyahısı
Xarici keçidlər
The Origin of the Pre-Imperial Iranian People by Oric Basirov (2001) The Origin of the Indo-Iranians Elena E. Kuz'mina. Edited by J.P. Mallory (2007)
Kateqoriya:Asiyanın qədim xalqları Kateqoriya:Hind-ari xalqları Kateqoriya:Hind-Avropa xalqları Kateqoriya:Hind-İran xalqları Kateqoriya:Hindistan tarixi Kateqoriya:İran tarixi Kateqoriya:İrandilli xalqlar Kateqoriya:Köçəri xalqlar Kateqoriya:Mərkəzi Asiya tarixi Kateqoriya:Tarixi xalqlar Kateqoriya:İranda yaşayan etnik qruplar Kateqoriya:Hindistanda yaşayan etnik qruplar Kateqoriya:Hind-Avropalılar Kateqoriya:Qədim Hindistan Kateqoriya:Atlı xalqlar