Ənsabül-Əşrəf () — Bəlazurinin İslam tarixinə dair əsəri.
Əsər
Adlanması
Əsərdən bəhs edən və ya ondan sitat gətirən mənbələrdə bu əsər "ən-Nəsəb", "əl-Əxbər vəl-Ənsab", "Cüməlu Nəsəbil-Əşrəf", "ət-Tarixul-Məşhur", "Ənsabül-Əşrəf və Əxbəruhüm", "Tarixul-Əşrəf", "əl-İstiqsa fil-Ənsab vəl-Əxbər" kimi müxtəlif adlarla qeyd olunur.
Məzmun
Bu əsər Məhəmmədin həyatı, Raşidi xəlifələri, Əməvilər və Abbasilərin ilk ilərindən bəhs edir. Əsər təbəqat, ənsab və əxbər üslublarının birləşdirilməsi ilə qələmə alınmışdır.
Nəşr
Əsərin bəzi bölmələrini nəşr edilmişdir. Onlar bunlardır:
Siyər (Qahirə: 1959), Bəni-Haşim-Əbu Talib oğulları (Beyrut: 1974, 1977), Bəni-Haşim-Abbas ibn Əbdülmüttalib oğulları (Beyrut: 1978), Əbdüşəms (Bəni-Ümeyyə) oğulları (Qüds: 1938, Beyrut: 1979, Qüds: 1971), Osman-Abdullah ibn Zübeyr arası (Qüds: 1936), Musab ibn Zübeyr-Əbdülməlik dövrü (Leipzig: 1883).
Əlyazma
Əsərin əlyazma nüsxəsi Süleymaniyyə kitabxanasında saxlanılır (Rəisül-küttab Mustafa Əfəndi, № 597–598).
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:IX əsrin ərəb dilində kitabları