Eldar Quliyev və ya səhnə adı ilə Eddie Bueno (əsl adı: Eldar Quliyev, 8 avqust 1999, Bakı Azərbaycan) - azərbaycanlı reper, mahnı yazarı, ssenarist və rejissor. 2026-cı ildə “Buenos Aires” albomunu paylaşıb.
Həyatı və karyerası Eldar Fərhad oğlu Quliyev 8 avqust 1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. 2005-ci ildə Bakı şəhərində yerləşən 6 nömrəli tam orta məktəbə daxil olmuş, 2016-cı ildə həmin məktəbi bitirmişdir.
2016–2020-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr təhsili almışdır.
Məktəb illərində intellektual oyunlarda fəal iştirak etmiş, 2014 və 2015-ci illərdə "Xəmsə" Milli İntellektual Oyununda məktəb komandası ilə ardıcıl iki dəfə Azərbaycan çempionu olmuşdur.
Eldar Quliyev media layihəsi olan "Gilavar Community" YouTube kanalının baş prodüseridir.
Yaradıcılığı Eddie Bueno musiqi fəaliyyətinə 2013-cü ildə, 14 yaşında olarkən məktəb yoldaşları ilə yaratdığı rep qrupu ilə başlamışdır.
2016-cı ildə ilk studiya albomu olan "Eddie Shit" albomunu təqdim etmişdir. Sonrakı illərdə müxtəlif sinqllar yayımlamış, iki illik fasilədən sonra 1 iyul 2026-cı ildə ikinci studiya albomu **"Buenos Aires"**i dinləyicilərə təqdim etmişdir.
Onun yaradıcılığı əsasən hip-hop və rep janrlarını əhatə etsə də, əsərlərində reggae, eksperimental musiqi, caz, rok, elektron və etnik musiqi elementlərindən də istifadə olunur.
Diskoqrafiya Studiya albomları
Eddie Shit (2016) Buenos Aires (2026)
Sinqllar Gecələr səmalar dərin (2016) Təksən sən (2018) Ümid buketi (2018) Az qalıb (2018) Arxangel (2018) Yollar (2018) Denən niyə (2019) Anla məni (2019) Nağılın sonu (2019) Sən mənim (2019) Neçə gecəlik (2019) Baha (2019) Sabahın seçimi (Soundtrack) (2019) Rastaman (2020) Qara boya (2022) Bezdirir (2023) Rəqs elə (2024) Mənəm o (2024)
İstinadlar