Çexiyanın Azərbaycandakı səfirliyi — Çex Respubllikasının Azərbaycanda dipıomatik nümayəndəliyi. Səfirlik Çexiyanın rəsmi nümayəndəliyi olaraq Çexiyayla Azərbaycan arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. O, Çexiyanın siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil, mədəniyyət və s. sahələrində maraqlarını Azərbaycan Respublikasında təmsil edir.
Çexiya ilə Azərbaycan əsas qlobal və regional təşkilatların, BMT və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvləridir. Hər iki ölkə ikitərəfli əməkdaşlığı və strateji tərəfdaşlığı fəal şəkildə inkişaf etdirir və beynəlxalq arenada bir-birinin mövqelərini dəstəkləyir.Глава МИД: Чехия намерена увеличить экспорт и инвестиции в Азербайджан
Çexiya Respublikası Azərbaycanın Avropa İttifaqına qoşulmasını dəstəkləyir.
2022-ci ildən Çexiyanın Azərbaycanda fövqaladə və səlahiyyətli səfiri Milan Sedlaçekdir.
Haqqında
Diplomatik əlaqələri Çex Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 27 yanvar 1993-cü ildə qurulmuşdur.
Azərbaycanın Çex Respublikasındakı səfirliyi 2007-ci il avqustun 15-dən fəaliyyətdədir.
Çex Respublikasının Azərbaycandakı səfirliyi 2009-cu il dekabrın 1-də açılmışdır.
Parlamentlərarası əlaqələri Azərbaycan Milli Məclisində Azərbaycan — Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət ğöstərir.
Çexiya Parlamentinin Deputatlar Palatasında Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupu yaradılıb.
Səfirlər Səfir Müddət başlanğıcı Müddətin sonu Radek Matula 2008 2014 Vitezslav Pivonka 2014İlham Əliyev Çex Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir 2018 Milan Ekert 2018İlham Əliyev Çexiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib 2022 Milan Sendlaçek 2022Ильхам Алиев принял верительные грамоты новоназначенного посла Чешской Республики в Азербайджане
Viza Azərbaycanla Çexiya arasında viza rejimi mövcuddur. Çexiya Respublikası Şenqen sazişinin iştirakçısı olduğundan, Azərbaycan vətəndaşları üçün Şenqen vizası qaydaları tətbiq edilir.
Qısamüddətli Şengen vizası almaq üçün sənədləri həm Viza mərkəzinə, həm də Çexiya Səfirliyinin Konsulluq şöbəsinə təqdim etmək mümkündür.
Tələb olunan sənədlər Xarici pasportun orijinalı və birinci səhifəsinin surəti Əvvəlki vizaların və giriş-çıxış möhürlərinizin surətləri Şəxsiyyət vəsiqəsinin surəti İş yerindən arayış, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış) Bank hesabından arayış və çıxarış Bank kartının əsas üzünün surəti Müraciyyət edən şəxsin adında olan mülklərin çıxarışlarının və maşınının texpasportunun kopyası Mülki vəziyyətin sübutu (nikah haqqında şəhadətnamənin, 18 yaşdan aşağı uşaqlar varsa, doğum haqqında şəhadətnamələrinin surəti) 2 ədəd 3.5x4.5 ölçüdə biometrik və ağ fonda şəkil Səyahət üçün edilən aviabilet bronları Səyahət üçün edilən otel rezervasiyasının sübutu Səfəri tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası İngilis dilində ərizə forması Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu
Çex Respublikası vətəndaşları Azərbaycana gələrkən Azərbaycan Respublikası Rəsmi elektron viza portalı vasitəsilə elektron viza (e-viza) almalıdırlar.AZƏRBAYCAN RESPUBLİKASI RƏSMİ ELEKTRON VİZA PORTALI Azərbaycan e-Viza verilən ölkələr
İstinadlar
Kateqoriya:Avropa ölkələri
Kateqoriya:Azərbaycan–Çexiya münasibətləri Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:Çexiyanın ikitərəfli əlaqələri Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Çexiyanın xarici siyasəti Kateqoriya:İkitərəfli əlaqələr Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:Çexiyanın ikitərəfli əlaqələri