İlmenium (, Il), kimyaçı R. Hermann tərəfindən 1847-ci ildə tapılan yeni bir element üçün təklif olunan ad idi Samarskit mineralının təhlili zamanı o, onun tərkibində niobium və tantala bənzər bir element olduğu qənaətinə gəldi. Niobium və tantalın oxşar reaktivliyi metalların təmiz nümunələrinin hazırlanmasını çətinləşdirdi və buna görə də bir neçə yeni element təklif edildi ki, sonradan onlar niobium və tantalın qarışığı olduğu aşkar edildi.
Tantal və niobium arasındakı fərqlər və başqa oxşar elementlərin olmaması 1864-cü ildə Kristian Vilhelm Blomstrand və Henri Etyen Sent-Kler Devil, eləcə də 1865-ci ildə bəzi birləşmələrin düsturlarını təyin edən Lui J. Troost və nəhayət, İsveçrəli kimyaçı Jan Şarl Qalissard de Marinyak tərəfindən birmənalı şəkildə nümayiş etdirilmişdir. İlmeniumun yalnız niobium və tantalın qarışığı olduğu sübut olunsa da, Hermann bir neçə il ilmenium haqqında məqalələr dərc etməyə davam etmişdir.
"Ilmenium" adı İlmenski dağlarına istinad edir.https://books.google.com/books?id=GWoMAQAAIAAJ&pg=PA449|doi=|arxiv=|bibcode=|
İstinadlar
Kateqoriya:Niobium Kateqoriya:Mövcud olmayan kimyəvi elementlər Kateqoriya:Kimya tarixi