InterCom — 1989-cu ildə yaradılmış Macarıstan film distribütor studiyasıdır."InterCom Nemzetközi Kulturális Szolgáltató Zrt." Hivatalos oldal

Tarixi və fəaliyyəti InterCom filmləri kinoteatrlarda, VHS, DVD, Blu-ray və VOD platformalarında yayımlayır. Studia hər il orta hesabla 65–70 filmi Macarıstan kinoteatrlarında nümayiş etdirir."Filmforgalmazás" Hivatalos oldal Bunların böyük hissəsini xarici lisenziya əsasında ölkəyə gətirilmiş filmlər təşkil edir. Bunlara Sony, Columbia Pictures, 20th Century Studios, Warner Bros. Pictures, eləcə də Buena Vista-ya məxsus Disney və Touchstone Pictures studiyalarının filmləri daxildir. Bundan əlavə, şirkət vaxtaşırı müstəqil filmlərin və macar istehsalı olan ekran əsərlərinin də distribütorluğunu həyata keçirir. Hollivud studiyaları ilə yanaşı, SpyGlass Entertainment, Kanadanın Alliance Atlantis və Fransanın EuropaCorp kimi bir sıra Amerika və Avropa müstəqil studiyaları ilə də əməkdaşlıq edir.

1992-ci ildən etibarən studiya yalnız VHS formatında buraxılan filmlərlə kifayətlənməyərək, kinoteatrlarda nümayiş olunan filmləri də müntəzəm olaraq videokasset formatında satışa çıxarmağa başlamışdır."Videó és DVD forgalmazás" Hivatalos oldal Hər il bu formatda təxminən 100 film yayımlanırdı, istehsal olunan videokassetlərin sayı isə yarım milyona yaxın olurdu. 1994-cü ildə şirkət filmlərin pərakəndə satışına, yəni kommersiya məqsədilə bazara təqdim edilməsinə başlamışdır.

DVD dövrünün başlanması ilə 1998-ci ildən etibarən şirkət bu formatın bazarında da fəaliyyət göstərməyə başlamışdır. Hazırda Twentieth Century Fox Home Entertainment, Paramount (bu hüquqları fəaliyyətini dayandırmış UIP-dən almışdır), Universal (fəaliyyətini dayandırmış Universal Pictures Hungary şirkətindən təhvil alınmışdır) və Buena Vista Home Entertainment məhsullarının distribütorluğunu həyata keçirir. 2001-ci ildə Warner Home Video (hazırda Fórum Home Entertainment) bazara daxil olduqdan sonra InterCom Warner və Columbia filmlərinin yayım hüquqlarını itirmiş, həmin hüquqlar yeni şirkətə keçmişdir.

Macarıstandakı ilk multipleks kinoteatrın açılması InterCom-un adı ilə bağlıdır. Budapeştdə yerləşən Duna Plaza ticarət mərkəzində 1996-cı ilin noyabrında"Moziüzemeltetés" Hivatalos oldal Hollywood Multiplex adı ilə fəaliyyətə başlamışdır. Şirkət daha sonra paytaxtda bu şəbəkəyə daxil olan daha üç kinoteatr açmışdır (Lurdy Házda 1998-ci ilin oktyabrında, Eurocenterdə 2000-ci ilin mayında, həmçinin Cineplex Odeonu əvəz edən Pólus Centerdə 2002-ci ilin iyulunda). Bundan əlavə, Keçkemet və Nyiredxaza da daxil olmaqla ölkənin müxtəlif şəhərlərində də kinoteatrlar idarə etmişdir. 3 avqust 2006-cı il tarixində şirkət bu sahədəki fəaliyyətini dayandırmış, onun kinoteatrları, eləcə də həmin dövrdə InterCom-un idarə etdiyi Budapeştdəki Kossuth mozi ilə birlikdə Palace Cinemas şəbəkəsinə verilmişdir.

Studiya bəzi macar filmlərində təkcə distribütor deyil, həm də prodüser kimi fəaliyyət göstərmişdir. Bunlardan biri də A miniszter félrelép filmi olmuşdur. Bu film siyasi sistem dəyişikliyindən sonra Macarıstanda ən çox izlənilən yerli istehsal olmuşdur.Látogatottsági statisztikák Magyar Mozgókép Közalapítvány Şirkət filmin distribütorluğu ilə yanaşı, prodüser funksiyalarını da yerinə yetirmişdir.

Studiyanın fəaliyyət sahələrinə televiziya yayımı üçün film hüquqlarının alqı-satqısı da daxildir."Tevékenységünk" Hivatalos oldal

InterCom tərəfindən yayımlanan bir sıra filmlərin kitab versiyaları da 90-cı illərdə şirkətin nəşri ilə çap olunmuşdur. Bu kitablar həmin filmlərin ssenariləri əsasında hazırlanmışdır. Lakin minilliyin sonlarına doğru məzmun istehlakı vərdişlərinin dəyişməsi səbəbindən bu fəaliyyət dayandırılmışdır. Bu seriyanın ilk kitabı 1992-ci ildə nəşr olunan Egyedülálló nő megosztaná, sonuncu isə, ümumilikdə 34-cü kitab isə 2000-ci ildə nəşr olunan Harcosok klubja olmuşdur.Legendák nyomában: a '90-es évekbeli InterCom-sikerkönyvek titka port.hu, 2023. február 19.

Bazardakı mövqeyi InterCom kino bazarında aparıcı film yayımı şirkətidir; 2006-da 44%-lik bazar payı əldə etmişdir ki, bu da ikinci yerdə qərarlaşan UIP-Dunafilmin payından iki dəfə çoxdur. Bu isə öz növbəsidə 3,9 milyard forint bilet gəliri deməkdir.2006-os toplista Nemzeti Filmiroda İlin ən çox baxılan beş filmindən üçü olan birinci yerdəki Buz dövrü 2: Ərimə, ikinci yerdəki Da Vinçi şifrəsi və dördüncü yerdəki Azadlıq, sevgi filmi məhz InterCom tərəfindən yayımlanmışdır.

Xaricdəki fəaliyyəti InterCom həm Film Yayımçıları Birliyində, həm də Macarıstan Video Nəşriyyatçıları Birliyində idarə heyətinin üzvüdür. Studiyanın Rumıniyada və Xorvatiyada törəmə müəssisələri fəaliyyət göstərir. Rumıniyada Columbia, Fox və Warner studiyalarının filmlərinin, Xorvatiyada isə Warner filmlərinin nümayişini həyata keçirir.

Xarici keçidlər Rəsmi saytı

İstinadlar

Kateqoriya:Film distribütorları