İrving Lester Cenis — ABŞ araşdırıcı psixoloqu. Ən çox qrup təfəkkürü () nəzəriyyəsinə görə tanınır. 2002-ci ildə Review of General Psychology jurnalının müayinəsi göstərib ki, İrvinq XX əsrin ən çox istinad edilən psixoloqları arasında 79-cu olub.

Həyatı

İrvinq Cenis 1918-ci ilin mayın 26-da Baffalo şəhərində anadan olub. O, 1939-cu ildə Çikaqo Universitetində Bachelor of Science dərəcəsini, 1950-ci ildə isə Kolumbiya Universitetində psixologiya üzrə fəlsəfə doktoru dərəcəsini əldə etmişdi.

II Dünya müharibəsi zamanı Cenis ABŞ Ordusu sıralarına çağırılıb. O, orda hərbi əhval-ruhiyyə () üzrə araşdırmalar aparırdı. 1947-ci ildə Cenis Yel Universitetinin Psixologiya fakültəsinə qoşulub, orda təxminən qırx il işləməyə qalmışdı. O, Karl Hovland ilə münasibət dəyişikliyi və o cümlədən yatmış effekti üzrə birgə işləmişdi.

Cenis həmçinin pəhriz və siqaret çəkmə kimi sahələrdə qərarvermə üzrə araşdırmalar aparmışdı. Bu iş çərçivəsində o, insanların təhlükələrə cavab vermələrini və həmçinin irrasional qənaətbəxşlik, laqeydlik, ümidsizlik, sərtlik və panikaya yol verən hallarını izah edirdi.

Cenisin qrup dinamikasının araşdırmalarına vacib töhfələri var. O, qrup təfəkkürü anlayışı üzrə çox işləmişdi. Onun fikrincə, qrup təfəkkürü qrupların öz ideyalarını kifayət qədər sınaqdan keçirmədən, təhlil etmədən və qiymətləndirmədən münaqişəni minimuma endirməyə və konsensusa nail olmağa çalışma meylidir. O, araşdırmalarında iddia edir ki, konformizm təzyiqləri qrupun düşüncəsini məhdudlaşdırır, analizini tərəfli edir, sadələşmiş və stereotipli düşüncəyə təkan verir və individual, yaradıcı və müstəqil fikirləri susdurur.

İrvinq Cenisin həyat yoldaşı Marcori Cenis idi. Onların iki qızı olub. İrvinq Cenis 1990-cı ilin noyabrın 15-də Kaliforniyanın Santa Roza şəhərində ağciyər xərçəngindən vəfat edib.

İstinadlar

Kateqoriya:Psixologiya üzrə fəlsəfə doktorları Kateqoriya:Konformizm