thumb|Nepalın Katmandu şəhərində yerləşən Paşupatinat məbəd kompleksinin ümumi görünüşü. Hinduizmdə bu cür müqəddəs məkanlar mokşaya yetmək yolunda mühüm ziyarətgahlar hesab olunur.

Mokşa (, mokṣa və ya vimukti, , vimokṣa, ) — fəlsəfədə və dharamik dinlərdə ölüm və yenidən doğulma (reinkarnasiya) çənbərindən xilas olmağı, azad olmağı ifadə edən mərkəzi anlayış. Sanskrit dilindən tərcümədə "azadlıq" mənasına gələn Mokşa ilə yanaşı, eyni fəlsəfi kökdən bəhrələnən və "nicat" mənasını verən Mukti termini də eyni vəziyyəti təsvir etmək üçün işlədilir.

Mokşanın fundamental tərifi və dərki fərqli hind fəlsəfəsi məktəbləri arasında müəyyən fərqliliklər nümayiş etdirir. Ümumi mənada bu termin fərdin Samsara (dünyəvi mövcudiyyət dövranı) zəncirindən və Karma qanununun gətirdiyi asılılıqlardan tamamilə azad olmasını tərənnüm edir. Müvafiq dini fəlsəfələrə görə, bu ali mənəvi səviyyəyə həm fərd hələ yer üzündə yaşayarkən (Civanmukti), həm də ölümdən sonrakı esxatoloji mərhələlərdə (Karmamukti və ya Videhamukti) nail olmaq mümkündür. Mokşa inancı və xilas doktrinası Hinduizmlə yanaşı, Buddizm (Nirvana fəlsəfəsi ilə eyniləşdirilir) və Caynizm dinlərinin də əsasını təşkil edir.

Həmçinin bax Samsara Karma Reinkarnasiya Nirvana

İstinadlar

Biblioqrafiya . . . .

. . . . . . .

Əlavə ədəbiyyat siyahısı .

Kateqoriya:Hinduizm anlayışları Kateqoriya:Xilas Kateqoriya:Sanskrit dilində sözlər və ifadələr Kateqoriya:Theravada Kateqoriya:Caynizm Kateqoriya:Hind ilahələri Kateqoriya:Hind tanrıları