Oldenburqlu Tereza Petrovna (; ; ) — Oldenburq şahzadəsi Pyotrun qızı.
1852-cI ildə Sankt-Peterburqda dünyaya gəldi. Atası Oldenburq şahzadəsi Pyotr, anası isə alman əsilli Nassaulu Terezadır. Ailəsi alman əsilli Hoşteyn-Qottorp sülaləsinə mənsub olsa da, Rusiyada böyüyüb boya-başa çatmışdı. Çünki onun atası Şahzadə Pyotr, çar I Pavelin qızı Yekaterina Pavlovnanın sağ qalan yeganə oğlu idi. Mehriban ailə daxilində böyüyən Şahzadə Yekaterina rus, alman, ingilis və fransız dillərində təhsil aldı. Musiqi, rəsm və rəqs dərsləri aldı.
12 may 1879-cu ildə Loyxtenberq hersoqu Maksimilyan de Boharnenin ən kiçik oğlu Georq Maksimilyanoviçlə evləndirildi. Seçilən bəy namizədi onun atasının dayısı qızı Mariya Nikolayevnanın oğlu idi. Üstəlik böyük qardaşı Şahzadə Aleksandr da hersoqun qızı Yevgeniya Maksimilyanovna ilə evli idi. Cütlüyün bu nikahdan 1 oğlu dünyaya gəldi.
Aleksandr Georqeviç (1881–1942)
19 aprel 1883-cü ildə Sankt-Peterburqda vəfat etdi.
Mənbə
Ədəbiyyat Russian Grand Dukes Enjoy Liberty at Crimean Homes", The Washington Post, 25 August 1917 Lundy, Darryl. "The Peerage: Therese Friederike Olga von Holstein-Gottorp, Duchess of Oldenburg"
İstinadlar Kateqoriya:Leyxtenberqlilər Kateqoriya:Leyxtenberqlilər