Lilliput ( — Conatan Sviftin «Qulliverin səyahəti» romanında balaca insanların yaşadığı ölkənin adı) — çox kiçik boylu insan. Bu termin cırtdanlıqdan (karliklikdən) fərqlənir. Cırtdanlıqdan əziyyət çəkənlərdən fərqli olaraq, lilliputların bədən forması mütənasib və harmonikdir. Tibbdə hipofizar nanizm (qədim yunan dilində nanos — cırtdan) kimi də tanınan bu vəziyyət nadir rast gəlinən irsi xəstəlikdir.

Conatan Svift tərəfindən uydurulmuş lilliput sözü (bax: Lilliputlar və Blefuskulular) öz sinfi üçün qeyri-adi dərəcədə kiçik ölçülərə malik hər hansı bir obyekti, xüsusən də avadanlıq və texniki cihaz adlarını bildirmək üçün ümumiləşdirici mənada işlədilir. Məcazi mənada isə bu termin "əhəmiyyətsiz, dəyərsiz insan" mənasını verir. Qeyd etmək lazımdır ki, çox kiçik boylu insanların özləri heç vaxt özlərini bu sözlə adlandırmırlar.

Tibbdə Lilliput — boy hormonunun sintezinə cavabdeh olan hipofiz vəzisinin patologiyasından əziyyət çəkən insan. Buna görə həmin xəstəlik hipofizar nanizm də adlanır. Lilliputun boyu 40–90 santimetr, bədən kütləsi isə 5–15 kiloqram arasında dəyişir. Statistikaya əsasən, hazırda planetimizdə 800-ə yaxın lilliput yaşayır və onlar daha çox ənənəvi sirklərdə və yarmarkalarda fəaliyyət göstərirlər. Cırtdanlardan (karliklərdən) fərqli olaraq, lilliputlar kifayət qədər mütənasib bədən formasına malikdirlər. Hətta yetkin yaşda belə, onların bədən mütənasibliyi hifz edilib saxlanılır və həm bədən formalarına, həm də üz cizgilərinə görə uşaqları xatırladırlar.

İncəsənətdə "Lilliput" — Devid Qarrikin pyesi (1756). "Lilliput" — 1937–1960-cı illərdə Böyük Britaniyada nəşr olunan cib ölçülü ədəbi-bədii jurnal. 1946-cı ildən etibarən Soyuzqosçirkin (sonralar Rosqosçirk) tərkibində lilliput aktyorlardan ibarət dünyada yeganə sirk kollektivi olan "Balaca ulduzların parıltısı" () fəaliyyət göstərmişdir.

İstinadlar

Ədəbiyyat siyahısı

Kateqoriya:Cırtdanlar (folklor) Kateqoriya:Cırtdanlıq