Flinnin qızılı () — aktyor Errol Flinnin həyatından bəhs edən 2018-ci ilin Avstraliya bioqrafik filmi. Məşhurlaşmazdan əvvəl Flinn qumar oynayan və Papua-Yeni Qvineyaya yola düşməzdən əvvəl ölkənin ucqar torpaqlarını tədqiq edən təşəbbüskar bir avstraliyalı idi.

Süjet xətti Ölmüş qızıl axtaranın xəritəsini əldə etdikdən sonra Errol Flinn bu xəritənin onu Papua-Yeni Qvineyadakı qızıl yataqlarına aparacağına inanır və üç nəfəri Avstraliyanın şərq sahili boyunca səyahətdə onu müşayiət etməyə razı salır. Onlar Flinnin çinli tiryək qaçaqmalçılarından oğurladığı "Sirokko" yaxtası ilə Sidneydən yola düşürlər. Səyahət zamanı Flinn və onun komandası bir sıra çətinliklərlə, o cümlədən yaxtanı və bortda gizlətdikləri tiryəyi geri qaytarmağa çalışan çinli heyətlə qarşılaşırlar.

Rollarda Tomas Kokkerel — Errol Flinn Kori Uilyam Larc — Reks Uilyam Mosli — Duk Adams Klayv Stenden — Çarli Kallan Malvey — Conson Devid Uenam — Kristian İzabel Lukas — Rouz Natali Kelli — Zaka Qreys Huanq — Ahun Kostas Mandilor — Vassillis

İstehsal Filmin çəkilişləri 2017-ci ilin mayında Kvinslenddəki Qold-Kost şəhərində başlamışdır. Əlavə çəkilişlər Kvinslendin Maunt-Tamborin ərazisində aparılmışdır. Uilyam Mosli 2016-cı ilin noyabrında aktyor heyətinə qoşularaq Duk Adams obrazını canlandırmışdır. 2017-ci ilin iyununda İzabel Lukas Rouz rolunu oynamaq üçün aktyor heyətinə daxil olmuşdur. 2017-ci ilin iyulunda isə Kori Larc və Tomas Kokkerel aktyor heyətinə qoşulmuşlar.

Çıxışı Film 11 oktyabr 2018-ci ildə Avstraliya kinoteatrlarında nümayiş olunmağa başlamışdır. Daha sonra, 25 yanvar 2019-cu ildə bütün dünyada təqdim edilmişdir.

Qəbulu Rotten Tomatoes rəy aqreqatoru saytında film 21 tənqidçinin rəyinə əsaslanaraq 48% bəyənmə reytinqi almışdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1930-cu illər haqqında filmlər Kateqoriya:2018-ci ilin filmləri Kateqoriya:Bioqrafik əsərlərin ekranlaşdırılması Kateqoriya:İngilis dilində bioqrafik filmlər Kateqoriya:Los-Anceles haqqında filmlər