Encyclopedia.com (həmçinin HighBeam Encyclopedia kimi tanınır) — onlayn ensiklopediya. Sayt digər nəşr olunmuş lüğətlərdən, ensiklopediyalardan, habelə təsvir və videolar da daxil olmaqla sorğu ədəbiyyatlarından əldə edilmiş məlumatları bir araya gətirir.
Tarixi Veb-sayt 1998-ci ilin martında "Infonautics" şirkəti tərəfindən istifadəyə verilmişdir. "Infonautics" 2001-ci ilin avqustunda "Tucows" şirkəti tərəfindən satın alınmışdır. 2002-ci ilin avqustunda Patrik Speyn "Encyclopedia.com"u və onun qardaş resursu olan eLibrary saytını "Tucows"dan satın alaraq onları "Alacritude, LLC" ("Alacrity" və "Attitude" sözlərinin birləşməsi) adlı yeni şirkətə daxil etmişdir. Şirkət daha sonra "HighBeam Research" adı ilə tanınmış və nəhayət "Gale" nəşriyyatına satılmışdır. Müəyyən bir dövr ərzində veb-sayt Cengage holdinqinin törəmə müəssisəsi olan sorğu nəşriyyatı "Gale"ə məxsus Çikaqo mərkəzli "Highbeam Research" şirkəti tərəfindən idarə olunmuşdur.
Məzmunu "Encyclopedia.com" istifadəçilərə müəyyən bir mövzu haqqında məlumatları birdən çox ensiklopediya və lüğət mənbəyindən əldə etmək imkanı yaradır. Sayt 200.000-ə yaxın məqalə və 50.000-ə yaxın mövzu xülasəsini özündə cəmləşdirir. Platforma Oksford Universiteti Nəşriyyatı (), Kolumbiya ensiklopediyası () və onun ana şirkəti olan "Gale" də daxil olmaqla, müxtəlif mənbələrdən onlayn ensiklopediyalar və məqalələr kolleksiyası təqdim edir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1998-ci ildə yaranan saytlar Kateqoriya:XXI əsrin ensiklopediyaları Kateqoriya:Amerika onlayn ensiklopediyaları