Maya (, ; ) — Hinduizmdə fiziki aləmin və maddi fenomenlərin bir xəyal, dəyişkən bir illyuziyadan (aldanmadan) ibarət olduğunu bildirən fəlsəfi anlayış.

Maya anlayışının mahiyyətində duran əsas ideyalar aşağıdakılardır: Dünya həyatı müvəqqəti bir yuxu kimidir. Həqiqi aləm "təzahür etməmiş aləm"dir; təzahür etmiş fiziki aləm isə illüziyalar və aldanmalar məskənidir. İnsan əşyaları (obyektləri, təbiəti) həqiqətdə olduğu kimi deyil, ona göründüyü şəkildə qavrayır.

Maya sırf yoxluq kimi dərk edilmir; onun illüziya sayılmasının əsas səbəbi sabit olmaması, müvəqqəti və davamsız xarakter daşımasıdır. «Riqveda» və «Upanişadlar»da maya sehrli və kultik mənaya sahib olmuşdur.

Vedanta fəlsəfəsində maya hissələrlə qavranılan maddi aləmin görünüşü kimi tərif olunur. Vedanta öyrədir ki, dünyanın çoxşaxəliliyi illüziyadır. Yalnız mütləq ruh (Brahman: Vişnu və civalar) maddədən üstün (transsendent) olduğu üçün həqiqi və əbədidir.

İnsan öz cəhalətinə (adviya) görə şüurunda dünyanın varlığı haqqında yanlış təsəvvür formalaşdırır və bu təsəvvürü real dünyaya şamil edərək illüziyaya qapılır. Hinduizmdə (eləcə də Buddizmdə) mayanı davamlı dəyişən bulud şəkillərinə və ya su üzərindəki köpüklərə bənzətmək xarakterikdir. Maya — Yaradan tərəfindən bərqərar edilmiş illüziya, dəyişikliklər silsiləsi və əzablar zənciridir. Adeptin məqsədi nəfsin şirnikdirici istəklərindən imtina edərək ali başlanğıcı dərk etmək, mayanın buxovlarını qırmaq və sansaranın sonsuz dövranından çıxmaqdır.

Hinduizmin bir çox fəlsəfə məktəbləri yalnız ətraf mühiti və heyvanlar aləmini deyil, həm də Hinduizm panteonundakı bütün allahları psevdoreallığa (mayaya) aid edirlər. Yeganə həqiqi reallıq isə Tək olan (, , hərf. "Yeganə varlıq") və ya Brahmandır.

माया इदम् सर्वम् (māyā idam sarvam) — «Bütün maddi aləm yalnız bir illüziyadır»

Avropa fəlsəfəsində "Maya" anlayışına ən çox diqqət yetirən mütəfəkkir Artur Şopenhauer olmuşdur.

İstinadlar

Biblioqrafiya

Kateqoriya:Buddist fəlsəfi anlayışları Kateqoriya:İllüziyalar Kateqoriya:Sanskrit dilində sözlər və ifadələr Kateqoriya:Vedanta Kateqoriya:Siqh fəlsəfi anlayışları