thumb|Pir Məhəmməd Elxaninin dövrünə aid sikkə Pir Məhəmməd — XIV-əsrin ikici yarısında, Elxanilər dövlətinin parçalanma və süqutu dövründə ortaya çıxmış, Çingiz xanın (Börçigin sülaləsinin) soyundan gələn yerli bir monqol şəhzadəsidir.
O, Elxani soyundan olan Loğman xanın oğludur. Loğman xan isə, öz növbəsində son dövr Elxani taxt-tacı uğrunda mübarizə aparan Toğay Teymur xanın (1335-1353) oğludur. Təxminən 1360-1388-ci illər aralığında yaşamışdır.
Atası Loğman xan 1380-ci illərdə Əmir Teymurun hücumları qarşısında hakimiyyətini itirmiş və Teymura tabe olmuşdu. Pir Məhəmməd də bu dövrdə atası ilə birlikdə Xorasan və Astrabad (indiki Gürgan) bölgələrində hüquqi statusunu itirmiş Elxani dövlətinin mirasını qorumağa və yenidən bərpa etməyə çalışan sonuncu Börçigin nümayəndəsi hesab edilir. Loğman xan 1388-ci ildə Xorasan və Astrabad bölgəsində Əmir Teymurun yürüşlərinə tabe olduqdan sonra sülalə müstəqilliyini tamamilə itirdi. Pir Məhəmməd də bu dövrdə müstəqil siyasi iddiaçı kimi tarix səhnəsindən silindi.
Numizmatik (Sikkə) tapıntılar göstərir ki, nərkəzi dövlət süqut etsə də o yerli səviyyədə 1405-1407-ci illərdə Astrabad və Təbriz kimi bölgələrdə öz adına Stephen Album Rare Coins vasitəsilə, gümüş tanka (təngə) sikkələri zərb etdirmişdir.
1407-ci ildən onun fəaliyyətinə dair heç bir tarixi qeyd yoxdur. Bu tarixdən etibarən onun idarə etdiyi coğrafiya tamamilə Teymuri şəhzədəsi Şahruxun mərkəzi hakimiyyətinə birləşdirilmiş və Elxanilər sülaləsi tamamilə tarixdən silinmişdir.
Digər iddiaya görə ondan sonra oğlu Sultan Əli bu ərazilərdə Teymurilər tərəfindən vali təyin edilmişdir.
Mənbə
İstinadlar