Avqusta Sofiya (; ) — Britaniya və İrlandiya kralı III Georqun qızı, Britaniya şahzadəsi.
1768-ci ildə Bukingem sarayında dünyaya gəldi. Atası Britaniya və İrlandiya kralı III Georq, anası isə Meklenburq-Strelitzli Şarlottadır. 6 dekabrda Sent-Ceyms sarayında vəftiz edildi. İngilis, alman və fransız dillərində dərs aldı. Heç vaxt evlənmədi.
22 sentyabr 1840-cı ildə Londonda vəfat etdi. 2 oktyabrda Vindzor qalasındakı Müqəddəs Corc kilsəsinə dəfn olundu.
Mənbə
Ədəbiyyat
İstinadlar Kateqoriya:XIX əsr Birləşmiş Krallıq şəxsləri Kateqoriya:XVIII əsr Birləşmiş Krallıq şəxsləri