Quqark rayonu, Kirovakan rayonu, Böyük Qarakilsə rayonu — Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon. Rayon mərkəzi əvvəlcə Yaqublu (Meğrut) qəsəbəsi, sonralar isə Quqark şəhəri olmuşdur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 149 km-dir.
Tarixi 1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci il yanvarın 3-ə qədər Böyük Qarakilsə rayonu (1930–1935), həmin tarixdən 1962-ci ilə, yəni ləğv olunana qədər Kirovakan rayonu (1935–1962) adlandırılmışdır. 1964-cü ildə yenidən bərpa edilmiş və 1995-ə yəni yenidən ləğv edilənə qədər Quqark rayonu adlandırılıb. Ərazisi 766 kv.km-dir.
Böyük Qarakilsə rayonunun ərazisi Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının Qazax qəzasına daxil olub. Rayon ərazisini Pəmbək yarıb keçir. Qərbi Azərbaycanın Pəmbək mahalının bir hissəsi bu rayonun ərazisinə düşür.
1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri:Hallavar, Yuxarı Kilsə, Mollaqışllaq, Xancığaz, Heydarlı, Aşağı kilsə, Vartana, Yaqublu, Arçut, Böyük Qarakilsə.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə Böyük Qarakilsə rayonu üzrə dəyişdirilmiş tarixi yer adları: Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixiBöyük QarakilsəKirovakan03.01.1935Böyük Qarakilsə rayonuKirovakan rayonu03.01.1935XaçkəndDebed03.01.1935BozigahHəmzəçimən…DərəkəndDozarakyuğ…QamışqutYeğəknut03.01.1935HacıkəndDebed03.01.1935XancığazGözəldərə01.06.1940HacıqaraMakaraşen01.03.1946SarımsaxlıKaraberd04.04.1946YaqubluMeğrut01.04.1946ŞahəliVahaqni10.04.1947KolagirənAntaramut10.09.1948BuzovdalBazum25.01.1978Kolagirən qəsəbəsiDzorakert25.01.1978
Həmçinin bax Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası
İstinadlar
Xarici keçidlər Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı
Kateqoriya:Pəmbək mahalı Kateqoriya:Ermənistan SSR-in rayonları Kateqoriya:Quqark rayonu