Yannik Kamanan () ― Benin mənşəli keçmiş fransız futbolçu.
Karyerası Futbola gec yaşda başlayan Kamanan, Liqa 1 təmsilçilərindən "Le-Man"ın akademiyasında 1 il çıxış edib. Buradakı oyunu ilə Premyer Liqanın ən vacib komandalarından biri olan "Tottenhem Hotsbur"un gənclər heyətinə transfer olunub. Burada 3 il akademiyada çıxış etdikdən sonra 2001/02 mövsümündən əvvəl əsas komandaya yüksəlib. Əsas komandada heç bir rəsmi oyuna çıxmadan mövsümü başa vuran Kamanan, mövsümün sonunda ölkəsinin Liqa 1 təmsilçilərindən "Strasburq" ilə müqavilə imzalayıb. Bu komandada 3 dəfə meydana çıxma şansı qazanan futbolçu mövsümün sonunda Fransa 3-cü Liqa komandalarından "Dijon" ilə müqavilə bağlayıb. Burada yaxşı mövsüm keçirən futbolçu 21 liqa oyununda 3 qol vurub. Bu çıxışından sonra eyni liqada mübarizə aparan "Ayaçço" ilə müqavilə imzalamış, lakin heç bir liqa matçında şans qazanmamışdır. Növbəti mövsüm üçün Belçika 2-ci Liqa təmsilçisi "Ostende" ilə anlaşıb. Burada ən məhsuldar mövsümünü keçirən Kamanan 26 liqa matçında 6 qol vurub. Mövsümün sonunda komandadan ayrılan futbolçu İsveçrə Super Liqası komandası "Şaffhauzen"ə transfer olunub. Mövsümün ilk yarısında 8 oyunda 2 qol vuran futbolçu qış fasiləsində İsrail təmsilçisi "Makkabi Herzliya"ya keçib. Yarım mövsümdə 17 liqa matçında 8 qol vuraraq yeni mövsüm üçün "Makkabi Təl-Əviv" ilə anlaşıb. Burada 1,5 mövsüm keçirən futbolçu 45 liqa oyununda 5 qol vurub.
2009-cu ilin yanvarında "Sivaspor"a transfer olunub. Futbolçu karyerasının ən məhsuldar dövrünü "Sivaspor"da keçirib. 2,5 mövsüm şərəfini qoruduğu komanda ilə Türkiyə Süper Liqasında ikincilik və Türkiyə Kubokunun yarımfinalında oynamaq uğuru göstərib. "Sivaspor"un heyətində ümumilikdə 52 liqa matçında 11 qol vurub. 2011/12 mövsümündən əvvəl yenidən Süper Liqa təmsilçilərindən "Mersin İdman Yurdu" ilə anlaşıb. Burada yarım mövsüm qalan futbolçu mövsümün ikinci yarısında Azərbaycan Premyer Liqası komandalarından "Qəbələ"yə keçib. Bu komandada da 2,5 mövsüm çıxış edən Kamanan, 62 liqa matçında 16 qol vuraraq karyerasının ən yaxşı matç/qol statistikasını yeniləyib. 2014/15 mövsümündən əvvəl klubsuz qalan Kamanan, 2015-ci ilin avqustunda Fransa 5-ci Liqa komandalarından "AS Aulnoye" ilə müqavilə imzalayıb.
Şəxsi həyatı Kamanan Fransa və Kot-d'İvuar vətəndaşlığına sahibdir.
İstinadlar
Kateqoriya:Azərbaycanda legioner Fransa idmançıları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Belçikada legioner futbolçular Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:İngiltərədə legioner Fransa idmançıları Kateqoriya:İngiltərədə legioner futbolçular Kateqoriya:İsrail Premyer Liqası futbolçuları Kateqoriya:İsveçrədə legioner Fransa idmançıları Kateqoriya:İsveçrədə legioner futbolçular Kateqoriya:Legioner Fransa futbolçuları Kateqoriya:Qaradərili Fransa idmançıları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Strasbur FK futbolçuları Kateqoriya:Tottenhem Hotspur FK futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular