Georgi Demetradze (; ) — Gürcüstanın hücumçu mövqeyində çıxış etmiş keçmiş peşəkar futbolçusu. O, Gürcüstan milli komandasında 56 oyun keçirib və 12 qol vurub.
Karyerası Tbilisidə anadan olan Demetradze Dinamo Tbilisinin gənclər komandasında çıxış edib və Kaxeti Telavi FK-da iki mövsüm keçirdikdən sonra 1994-cü ildə kluba qoşulub. O, Dinamo ilə Gürcüstan liqasının ən yaxşı bombardiri olub.
1997-ci ildə Demetradze Feyenoord FK-da çıxış etmək üçün Rotterdam şəhərinə köçüb, lakin zədəsi onun oyun vaxtını məhdudlaşdırıb. Niderlandda bir mövsümdən sonra Rusiya Premyer Liqasında çıxış etmək üçün Alaniya Vladikavkaz FK-na keçib. Demetradze 1999-cu ildə Alaniya ilə Rusiya liqasının ən yaxşı bombardiri olub. 2000-ci ildə Ukrayna çempionu olmaq üçün Dinamo Kiyev FK-na transfer olunub. Orada çıxış edərkən Çempionlar Liqasında Mançester Yunaytedə qarşı oyunda qapı qarşısında yaranmış asan qol fürsətindən istifadə edə bilməyib, hansı ki, qolu vursaydı, İngiltərə klubu turnirdən kənarlaşdırılacaqdı.
Real Sosyedadda bir ildən sonra Demetradze Rusiyaya qayıdıb və burada mövsümün yarısını Lokomotiv Moskva, digər yarısını isə Alaniya ilə keçirib.
2003-cü ildə yenidən Ukraynaya, Metallurq Donetsk FK-na keçib. O, burada 2,5 mövsüm keçirib. 2005-ci ilin ortalarında üçüncü dəfə Alaniyada çıxış etməyə başlayıb. Alaniya aşağı liqaya düşdükdən sonra Demetradze Makkabi Tel-Əvivə transfer olunub. 2005-ci ildə Demetradze üç müxtəlif liqada çıxış edib. 2007-ci ildə Ukraynaya qayıdaraq Arsenal Kiyevdə oynayıb. Bir il sonra Azərbaycan futbol klubu Bakı ilə bir illik müqavilə imzalayıb.
Demetradze 2010-cu ilin iyulunda Gürcüstan polisi tərəfindən həbs edilib və 23 mart 2011-ci ildə qanunsuz idman mərc oyunlarında pul itirən şəxslərdən hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinərək altı il müddətinə azadlıqdan məhrum edilib. O, 13 yanvar 2013-cü ildə siyasi məhbus kimi azadlığa buraxılıb. Daha sonra evlənib və bir qızı olub.
İstinadlar
Kateqoriya:Alaniya FK futbolçuları Kateqoriya:Arsenal Kiyev FK futbolçuları Kateqoriya:Azərbaycanda legioner Gürcüstan idmançıları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:Dinamo Kiyev FK futbolçuları Kateqoriya:Dinamo Tbilisi FK futbolçuları Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:Feyenoord FK futbolçuları Kateqoriya:Gürcüstan milli futbol komandasının oyunçuları Kateqoriya:Gürcüstanın kişi futbolçuları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Lokomotiv Moskva FK futbolçuları Kateqoriya:Real Sosyedad FK futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Ukrayna Birinci Liqasının futbolçuları Kateqoriya:Ukrayna Premyer Liqasının ən yaxşı bombardirləri