Badenli Sofiya Mariya Luiza Ameliya Jozefina (; ) — Badenli Vilhelmin qızı, Anhalt hersoginyası.
1865-ci ildə Baden-Badendə dünyaya gəldi. Atası Böyük Baden hersoqu I Leopoldun oğlu Vilhelm, anası isə Loyxtenberq hersoqu Maksimilyan de Boharnenin qızı Mariya Maksimilyanovnadır.
2 iyul 1889-cu ildə Karlsruedə Anhalt hersoqu I Frederikin oğlu vəliəhd-şahzadə Leopold Frederiklə evləndi. Cütlüyün bu nikahdan övladı olmadı. 1904-cü ildə ərinin taxt-taca sahiblənməsinin ardından Anhalt hersoginyası ünvanı aldı.
Xeyriyyəçiliklə məşğul oldu. 1892-ci ildə hələ taxt varisi ikən rahibələr məktəbi təsis etdi.
Ərinin 1918-ci ildə ölümündən sonra Baden-Badendə yaşamağa davam etdi. Ərinin varisi olmadığı üçün qaynı Eduard taxt-taca sahibləndi. 1939-cu ildə burada vəfat etdi.
İstinadlar