Firidun Ağazadə (; ) — Azərbaycanlı şair, tərcüməçi, jurnalist. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Həyatı 1 fevral 1950-ci ildə Lerik rayonunun Zuvand mahalının Pirəsora kəndində anadan olub. 1964-cü ildə səkkizillik məktəbi tərifnamə ilə bitirmiş, 1964–1966-cı illərdə Lerik orta məktəbində təhsil almışdır.
1966-cı ildə Azərbaycan Xarici Dillər İnstitutuna daxil olmuş, 1971-ci ildə institutu bitirərək, Pirəsora kəndində dörd il ingilis dilini tədris etmişdir. 1972–73-cü illərdə Sovet Ordusu sıralarında xidmət keçmişdir.
Yaradıcılığı Firidun Ağazadə 1978-ci ildə daimi yaşamaq üçün Bakıya köçüb. O, Təbiəti Mühafizə Cəmiyyətində işləməklə yanaşı "Azərbaycan təbiəti" jurnalı ilə əməkdaşlıq edib. 1980–95-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında – "Azərnəşr"də tərcümə redaktoru işləyib. Nəşriyyatda işləyə-işləyə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun, sonralar Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəcilik Akademiyasının xarici dillər kafedrasında müəllim işləyib.
1995–2021-ci illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyində — AzərTAc-da xarici dillər redaksiyasının tərcüməçisi, redaktoru, baş redaktoru işləyib. Eyni vaxtda Azərbaycan Mətbuat Şurasının tərcüməçisi olub, hazırda da Şura ilə əməkdaşlıq edir. 2010-cu ildə Mətbuat Şurasının eksperti kimi Avropa Mətbuat Şuraları Alyansının (AIPCE) Niderlandın paytaxtı Amsterdamda keçirilən illik konfransında ölkəmizi təmsil edib, konfransda Azərbaycan Mətbuat Şurasının hesabatı ilə çıxış edib. Mətbuat Şurasının eksperti kimi Dövlət İmtahan Mərkəzinin (DİM) jurnalistikadan qabiliyyət imtahanlarının daimi ekspertidir.
Ölkə mətbuatında, İnternet saytlarında müntəzəm olaraq publisistik yazıları, məqalələri, köşə yazıları ilə çıxış edir. "Zəka" ("Kitablar aləmində") jurnalının məsul katibi işləmişdir. "Qanun" ictimai-siyasi, elmi-hüquq jurnalının tərcümə redaktorudur.
Firidun Ağazadə Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Tələbəlik illərindən bədii yaradıcılığa meyil etmiş, Xarici Dillər İnstitutunun "Bilik" qəzetində məqalələri, şeirləri, poetik tərcümələri, sonralar "Azərbaycan gəncləri", "Sovet kəndi" qəzetlərində, "Azərbaycan", "Ulduz" jurnallarında şeirləri çap olunmuşdur.
O, dörd şeir kitabının, bir esse və publisistika kitabının müəllifi, 40-a yaxın kitabın tərcüməçisidir. Respublika mətbuatında, bir çox almanaxlarda şeirləri, məqalələri, esseləri çap olunub. Məmməd Araz, Şəkər Aslan, Hafiz Baxış haqqında yazdığı esselər yüksək qiymətləndirilib.
Firidun Ağazadənin klassik və müasir ingilis dilli dünya ədəbiyyatından tərcümə etdiyi poeziya və nəsr nümunələri, habelə rus poeziyasından tərcümələri geniş oxucu marağı qazanıb. Tərcümə etdiyi müəlliflər arasında Lenqston Hyuz, Somerset Moem, Persi Bişi Şelli, Nikolas Sparks, Xalid Hüseyni, Con Qrin, Robert Qrin, Sem Born, Deyl Karnegi, Paulo Koelyo və başqa dünya şöhrətli qələm ustaları var.
Azərbaycan dilinə tərcümələr:
1.Lenqston Hyuz (Amerika). Şeirlər.
2. Persi Bişi Şelli (İngiltərə). Şeirlər.
3. "Jurnalistika ekstremal şəraitlərdə”. Mətbuat Şurası. Kitab (ingilis dilinə).
4. Uilfrid Martens (Belçika). “Mən mübarizə aparıram, mən qalib gəlirəm” (kitab), həmtərcüməçi – Azərtac.
“Qanun” nəşriyyatı üçün tərcümə etdiyi kitablar:
1. Uilyam Somerset Moem (İngiltərə). “Ay və qara qəpik” (roman)
2. Fridrik Hayek (Amerika). “Sosial ədalət ilğımı” (həmtərcüməçi)
3. Fredrik Hayek (Amerika). “Hüquq, qanunvericilik və azadlıq” (həmtərcüməçi)
4. Nikolas Sparks (Amerika), “Sevgili Con” (roman)
5. Per Peterson (Norveç), “Atları çapmaq vaxtıdır” (roman)
6. Xalid Hüseyni (Amerika), “Min möhtəşəm günəş” (roman)
7. Steven Kovey (Amerika), “Yüksək effektli insanların yeddi vərdişi” (kitab)
8. Əsəd Bəy (Azərbaycan), “Qafqazın on iki sirri” (kitab)
9. Salla Simukka (Finlandiya), “Qan kimi qırmızı” (roman)
10. Sem Born (İngiltərə), “Zahidlər” (roman)
11. Roy Cakobsen (Norveç), “Möcüzə uşaq” (roman)
12. Paulo Koelyo (Braziliya), “Aldatma” (roman)
13. Con Qrin (Amerika), “Kağız şəhərlər” (roman)
14. Maykl Koqqe (Amerika). “Fantastik vəhşilər və onları harada tapmaq olar-sehrli film-məlumat kitabı”
15. Paulo Koelyo (Braziliya), “Casus” (roman)
16. Con Qrin (Amerika), “Alaskanın axtarışında” (roman)
17. Deyl Karnegi (Amerika), (“Narahatlığa necə son qoymalı və rahat yaşamalı”), (həmtərcüməçi)
18. Çak Palanik (Amerika), “Həzz markası” (roman)
19. Xalid Hüseyni (Amerika), “Dəniz duası” (mini-roman)
20. Malkolm Qledvell (Kanada), “Dahilər və autsayderlər: uğur hekayələri” (kitab)
21. Paulo Koelyo (Braziliya), “Hippi” (roman)
22. Sidni Şeldon (Amerika), “Güzgüdəki naməlum adam” (roman)
23. Paulo Koleyo (Braziliya), “Sülhün mənası” (kitab)
24. Paulo Koleyo (Braziliya), “ABCD” (kitab)
25. Robert Qrin (Amerika), “Ustalıq” (kitab)
26. Saymon Sebaq Montefiore (İngiltərə), “Dünyanı dəyişdirən nitqlər” (kitab), (həmtərcüməçi)
27. Marqaret Uayz Braun (Amerika), “Gecən xeyrə qalsın, Ay”
28. Den Braun (Amerika), “Vəhşi simfoniya” (uşaqlar üçün)
29. Paulo Koleyo (Braziliya), “Brida” (roman)
30. Uilyam Somerset Moem (İngiltərə). “İnsan ehtiraslarının yükü”
Rus dilindən poetik tərcümələri
1.Pavel Antakolski. “Moskvadan salam”
2.Yuri Blaqov. “Mən Bakıdanam”
3.Mixail Svetlov. “Xəzərdə sülh”
4. Yevgeni Dolmatovski. “Azərbaycan”
5. Nikolay Nekrasov. “Biçilməmiş zəmi”
Kitabları "Şeir də bir yaxşılıqdır", 1995 "Fevral havası", 2014 "Aylanın və Səidin kitabı" (uşaqlar üçün), 2016 "Mən həmişə tələsdim", 2022 "Otuz ildən sonra", 2025
Təltifləri Firidun Ağazadə 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan milli mətbuatının 130 illiyi münasibətilə Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
2025-ci ildə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif edilimşdir.
İrsi 2025-ci il fevralın 1-də Qanun Nəşriyyatında, fevralın 7-də Azərbaycan Mətbuat Şurasında ədəbiyyatşünaslar, yazıçılar və mədəniyyət xadimlərinin iştirakı ilə Firudin Ağazadənin 75 illik yubileyi qeyd olunub.
https://www.yeniyaz.az/az/taninmis-tercumecinin-yubileyi-qeyd-olunacaq https://anmedia.az/medeniyyet/7634-tannm-trcumcinin-yubileyi-qeyd-olunacaq.html https://kulis.az/xeber/media/firidun-agazadenin-yeni-kitabi-cap-olundu-58563 https://www.gununsesi.info/t%C9%99rcum%C9%99ci-sair-firidun-agazad%C9%99nin-yubileyi-qeyd-olunacaq/ https://kulis.az/xeber/poeziya/men-de-bu-gozelin-esqine-dusdum-firidun-agazadenin-seirleri-58724 https://www.xalqqazeti.az/az/musahibe/213544-menevi-xezinelerin-korpusalani https://azertag.az/xeber/sozun_sehrini_yasadan_ustad___firudin_agazadenin_75_illik_yubileyi_qeyd_olunub-3407979 https://www.presscouncil.az/az/news/619 https://www.instagram.com/metbuatsurasi/p/DFxjcDqtPJa/?img_index=1 https://azerbaycan-ruznamesi.org/2025/02/07/veteran-jurnalist-firidun-agazad%C9%99nin-75-illik-yubileyi-qeyd-edilib/ https://kamilinfo.net/taninmis-t%C9%99rcum%C9%99ci-firidun-agazad%C9%99nin-yubileyi-qeyd-olunacaq https://xalqqazeti.az/az/medeniyyet/213858-tercumeci-jurnalistin-omur-hesabati https://edebiyyatqazeti.az/news/gundem/12855-firudin-agazadenin-75-illik-yubileyi-qeyd-olunub https://az.baku-art.com/az/sozun-sehrini-yashadan-ustad-firudin-agazadenin-75-illik-yubileyi-qeyd-olunub/ https://www.baki-xeber.com/sosial/225836.html https://www.anl.az/down/meqale/525/2025/fevral/933793.htm https://xalqqazeti.az/ru/sosial-heyat/213802-master-slova-otmetchen-letniy-yubiley https://diaspor.info/cemiyyet/37020-veteran-jurnalist-firidun-agazadenin-75-illik-yubileyi-qeyd-edilib.html https://icma.az/news/tercumeci-jurnalistin-omur-hesabati-485901 https://medeniyyet.info.az/page/news/77724/Taninmis-tercumeci-sair-jurnalist-Firudin-Agazadenin-yubileyi-qeyd-olunub.html https://www.xalqcebhesi.az/news/society/202616.html
İstinadlar 3. https://www.bakupost.az/az/kim-hara-girir-firidun-agazadenin-yazisi
4. https://www.bakupost.az/az/naxcivanli-olmaq-firidun-agazadenin-yazisi
5. https://www.bakupost.az/az/tanri-xatirine-gedin
6. https://www.bakupost.az/az/taps-da-cinayetdir-firidun-agazadenin-yazisi
7. https://www.bakupost.az/az/bank-bank-oyunu-ve-ya-borcla-rifah-olmaz
8. https://www.bakupost.az/az/maska-da-aksesuar-olmus
9. https://www.bakupost.az/az/qulluq-qulluq
10. https://www.bakupost.az/az/paulo-koelyo-sahbaz-xuduoglu-uc-noqte
11. https://www.bakupost.az/az/asqirmaq-firidun-agazadenin-yazisi
12. https://www.bakupost.az/az/et-corat-qutabi-ve-ya-umsuq-olduq
13. https://www.bakupost.az/az/ozume-acigim-tutdu
14. https://kulis.az/xeber/kulis-+/vallah-televizor-seyxana-olub-firidun-agazadeden-seirler-52117
15. https://kulis.az/xeber/seirler/sevmek-isteyirler-bu-havalanmis-kisi-qiriqlari-firidun-agazadenin-seirleri-45283
16. https://kulis.az/xeber/media/firidun-agazadenin-yeni-kitabi-cap-olundu-42371
17. https://kulis.az/xeber/media/tercume-eledik-sonra-firidun-agazade-50706
18. https://kulis.az/xeber/firidun-agazade/media/amerika-bil-ki-qullar-dunyasinin-intiqami-yaman-olur-firidun-agazade-52896
19. https://kulis.az/xeber/firidun-agazade/media/orda-eyni-agilda-usaqlar-isleyir-kulisi-tenqid-etdiler-42293
20. https://kulis.az/xeber/firidun-agazade/media/daglarin-qehremani-firidun-agazade-52480
21. https://kulis.az/xeber/firidun-agazade/media/mel-gibsona-mektub-yazan-ressam-colorredfiridun-agazade-yazircolor-35829
22. https://kulis.az/xeber/edebi-tenqid/dahi-olmagin-yolu-peygember-ozunden-niye-cixmisdi-54369
23. https://kulis.az/xeber/poeziya/cox-da-sey-eleme-vuqar-firidun-agazade-55214
24. https://kulis.az/xeber/nesr/kral-deli-olub-paulo-koelhodan-iki-pritca-41060
25. https://kulis.az/xeber/media/paulo-koelyo-sahbaz-xuduoglu-ve-uc-noqte-firidun-agazade-59510
26. https://kulis.az/xeber/senet/hamlet-faciesi-ekslikler-drami-kimi-sekspirin-meshur-olum-yoxsa-olumu-neye-cagiris-idi-62669
27. https://kulis.az/xeber/poeziya/memmed-araz-sairlerin-en-varlisidi-firidun-agazadenin-yeni-seiri-63484
28. https://kulis.az/xeber/nesr/tanrinin-formulu-xose-rodriqes-dus-santusun-romanindan-parca-63949
29. https://kulis.az/xeber/poeziya/dostum-oteridir-her-sey-dunyada-sellinin-seirleri-firidun-agazadenin-tercumesinde-66825
30. https://adalet.az/az/posts/detail/ldquoxos-gorduk-ala-sagsaganrdquo-nbspfiridun-agazade-yazir-2021-03-29-144938
31. https://adalet.az/az/posts/detail/ldquoqirmizirdquo-nbspfiridun-agazade-yazir-2021-04-08-103059
32. https://adalet.az/az/posts/detail/ldquoevimin-kuce-lampasirdquo-nbspfiridun-agazade-yazir-2021-04-20-172222
33. https://adalet.az/az/posts/detail/ldquoardquo-herfinin-hikmeti-ve-ya-birinci-sinif-jurnalindan-baslayan-mesuliyyetim-2021-06-21-144705
34. https://adalet.az/az/posts/detail/otuz-ilden-sonra-firidun-agazade-yazir-2021-07-30-180946
35. https://adalet.az/az/posts/detail/otuz-ilden-sonra-firidun-agazade-yazir-2021-07-30-180946
36. https://adalet.az/az/posts/detail/getmek-nbspfiridun-agazade-yazir-2021-09-22-171318
37. https://adalet.az/az/posts/detail/ldquogetmekrdquo-tesirsiz-feildir-nbspfiridun-agazade-yazir-2021-09-27-125755
38. https://adalet.az/az/posts/detail/ldquomehemmedrdquo-adinin-menasi-nbspfiridun-agazade-yazir-2021-10-06-163320
39. https://adalet.az/az/posts/detail/xarici-dil-veten-muharibesi-ve-qelebe-tvitleri-nbspfiridun-agazade-yazir-2021-10-19-110024
40. https://adalet.az/az/posts/detail/yaxsi-sozdur-ldquosulhe-mecburetmerdquo-nbspfiridun-agazade-yazir-2021-10-27-124931
41. https://adalet.az/az/posts/detail/ldquoseher-saat-5-kluburdquo-nbspyaxud-ldquoduran-okuzrdquo-nbspfiridun-agazade-yazir-2021-11-10-142511
42. https://adalet.az/az/posts/detail/sari-sap-sari-nbspfiridun-agazade-yazir-2021-11-19-152433
43. https://adalet.az/az/posts/detail/t-1706358808
44. https://www.aznews.az/news/cemiyyet/102923.html
45. https://kamilinfo.net/firidun-agazad%C9%99-yox-bel%C9%99-bir-turkiy%C9%99/
46. https://kamilinfo.net/firidun-agazad%C9%99-qulluq-qulluq/