Saharanpur — Hindistanın Uttar Pradeş ştatında yerləşən şəhərdir. Saharanpur rayonunun inzibati mərkəzidir.

Coğrafiyası Saharanpur Hindistanın şimalında, Uttar Pradeş ştatının şimal-qərb hissəsində yerləşir. Şəhər Saharanpur rayonunun inzibati mərkəzidir. Şəhər Şivalik dağlarının ətəklərində, Qanq–Yamuna doabının şimal hissəsində yerləşir.

Tarixi Saharanpur ərazisində yaşayışın qədim dövrlərdən mövcud olduğunu göstərən arxeoloji tapıntılar aşkar edilmişdir. Bölgədə Harappa mədəniyyəti və ondan əvvəlki dövrlərə aid yaşayış məskənlərinin izləri müəyyən edilmişdir. Sonrakı dövrlərdə ərazi müxtəlif regional dövlətlərin və siyasi birliklərin hakimiyyəti altında olmuşdur. XII əsrin sonlarından etibarən Saharanpur ərazisi Dehli sultanlığının hakimiyyəti altına daxil olmuşdur. Daha sonra bölgə Monqol imperiyasının tərkibinə keçmişdir. Əkbərin hakimiyyəti dövründə Saharanpur Dehli subasının inzibati vahidlərindən biri olmuşdur. Şəhərin formalaşması bu dövrdə sürətlənmişdir.

XVIII əsrdə Moğol imperiyasının zəifləməsi ilə Saharanpur bölgəsində müxtəlif regional siyasi qüvvələrin təsiri artmışdır. Bölgə Rohillalar, Marathalar və digər yerli hakimlərin nəzarətində olmuşdur. 1803-cü ildə İkinci Anglo-Maratha müharibəsindən sonra Saharanpur Britaniya Ost-Hind şirkətinin nəzarətinə keçmişdir. 1857-ci il Hindistan üsyanı zamanı Saharanpur bölgəsində də Britaniya hakimiyyətinə qarşı çıxışlar baş vermişdir. Üsyanın yatırılmasından sonra bölgədə Britaniya idarəçiliyi bərpa edilmişdir. XIX əsrin ikinci yarısında şəhərin nəqliyyat və ticarət əhəmiyyəti artmış, 1864-cü ildə Saharanpur ilə Dehli arasında dəmir yolu əlaqəsi yaradılmışdır. XX əsrin əvvəllərində Saharanpur Hindistanın müstəqillik hərəkatının təsir dairəsində olmuşdur. Şəhər və ətraf bölgələrdə Britaniya müstəmləkəçiliyinə qarşı müxtəlif siyasi və ictimai hərəkatlarda iştirak edilmişdir. 1947-ci ildə Hindistan müstəqillik əldə etdikdən sonra Saharanpur Uttar Pradeş ştatının tərkibində qalmışdır. 2009-cu ildə şəhər bələdiyyə korporasiyası statusu almışdır. Hazırda Saharanpur Saharanpur rayonunun inzibati mərkəzi və Uttar Pradeşin mühüm şəhərlərindən biridir.

İqtisadiyyatı Saharanpur ətraf kənd təsərrüfatı rayonları üçün mühüm ticarət və xidmət mərkəzlərindən biridir. Şəhərin iqtisadiyyatında kənd təsərrüfatı məhsullarının emalı, ticarət və müxtəlif sənaye sahələri mühüm yer tutur. Saharanpur xüsusilə ağac üzərində oyma sənəti ilə tanınır. Şəhərdə ağacdan mebel, dekorativ əşyalar və müxtəlif məişət məhsulları hazırlanır. Ağac üzərində oyma sənəti şəhərin ənənəvi sənət sahələrindən biri hesab olunur. Şəhərdə şəkər, tekstil, kağız və digər sənaye sahələri də fəaliyyət göstərir. Saharanpurun dəmir yolu və avtomobil yolları ilə digər şəhərlərlə əlaqəsi onun regional ticarətdəki roluna təsir göstərir.

Mədəniyyəti Saharanpur Uttar Pradeşin mədəni və sənət mərkəzlərindən biri hesab olunur. Şəhərin mədəni həyatında ənənəvi sənətkarlıq, xüsusilə ağac üzərində oyma sənəti mühüm yer tutur. Saharanpurun ağac üzərində oyma sənəti bölgənin ənənəvi sənət sahələrindən biri kimi tanınır. Şəhərdə müxtəlif dini və tarixi məkanlar yerləşir. Saharanpurun mədəni mühiti Hindistanın şimalındakı müxtəlif dini və etnik icmaların uzunmüddətli birgə yaşayışının təsiri ilə formalaşmışdır. Saharanpur və ətrafı həmçinin dini təhsil müəssisələri ilə tanınır. Yaxınlıqdakı Deoband şəhərində yerləşən Darülülum Deoband bölgənin dini və təhsil həyatında mühüm rol oynayan müəssisələrdən biridir.

Təhsil Saharanpur şəhərində müxtəlif məktəblər, kolleclər və ali təhsil müəssisələri fəaliyyət göstərir. Şəhər və ətrafı Uttar Pradeşin təhsil mərkəzlərindən biri hesab olunur. Bölgədə ümumi təhsil müəssisələri ilə yanaşı, dini təhsil verən müəssisələr də mövcuddur. Yaxınlıqdakı Deoband şəhərində yerləşən Darülülum Deoband İslam dini təhsili üzrə tanınmış təhsil müəssisələrindən biridir.

Nəqliyyat Saharanpur Şimali Hindistanın mühüm nəqliyyat qovşaqlarından biridir. Şəhərin Saharanpur dəmiryol stansiyası Dehli, Amritsar, Lucknov və digər şəhərlərlə dəmir yolu əlaqəsini təmin edir. Şəhər avtomobil yolları vasitəsilə Uttar Pradeşin və qonşu ştatların digər yaşayış məntəqələri ilə əlaqəlidir. Saharanpurun Dehli–Dehradun istiqamətində yerləşməsi onun regional nəqliyyat əhəmiyyətini artırır.

İnzibati bölgüsü Saharanpur Uttar Pradeş ştatının Saharanpur rayonunda yerləşir və eyniadlı rayonun inzibati mərkəzidir. Şəhər həmçinin Saharanpur diviziyasının inzibati mərkəzidir. Saharanpur diviziyasına üç rayon daxildir: Saharanpur, Muzaffarnagar və Shamli.

Görməli yerləri Saharanpur şəhərində və ətrafında müxtəlif tarixi, dini və istirahət məkanları yerləşir. Şəhərin əsas görməli yerlərindən biri Netaji Subhas Chandra Bose bağı (Company Bagh)dır. Bağ şəhərin mərkəzində yerləşir və müxtəlif bitki növlərinin kolleksiyası və tədqiqat sahəsi kimi istifadə olunur.

Şəhərdə yerləşən digər tarixi məkan Phulvari Aşramı. Aşram Paandhoi çayının sahilində yerləşir və Hindistanın müstəqillik hərəkatı ilə əlaqəli tarixi məkanlardan biridir.

Saharanpurda Bageshvar Şiva məbədi və Bhuteşvar Mahadev məbədi kimi dini məkanlar da yerləşir. Bageshwar Şiva məbədi Company Bagh ərazisində yerləşir.

Saharanpur rayonunda, şəhərdən kənarda isə Shakumbhari Devi məbədi, Baba Bhuradev məbədi, Bankhandi Mahadev məbədi və digər dini məkanlar yerləşir.

Həmçinin bax Hindistan Uttar Pradeş

İstinadlar

Kateqoriya:Hindistan şəhərləri Kateqoriya:Hindistanın inzibati bölgüsü Kateqoriya:Uttar-Pradeş şəhərləri Kateqoriya:Şəhərlər