Gölbaşı — Ankara vilayətinin metropol rayonlarından biridir.
Tarixi Gölbaşı və ətrafının xüsusilə Tunc dövründə yaşayış məskəni olmağa başladığı, Hetlər, Frigiyalılar, Farslar, Romalılar, Bizanslılar, Anadolu Səlcuqluları və Osmanlılar dövründə də bu xüsusiyyətini davam etdirdiyi Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyət və Təbiət Sərvətlərini Qoruma Baş İdarəsi tərəfindən Gölbaşı ətrafının müxtəlif bölgələrində aparılan qazıntı işləri, tədqiqat və araşdırmalar nəticəsində aşkar edilmişdir.
Gölbaşının rayon statusu alması çox qədim tarixə dayanmır. Gölbaşı əvvəllər Örəncik kəndinə tabe olan və Gölhanı adı ilə tanınan bir məhəllə olduğu halda, 1923-cü ildə Oğulbəy kəndindəki Bucaq müdirliyinin və Jandarma bölməsinin buraya köçürülməsi nəticəsində Gölbaşı nahiyəsi adını almışdır. 1936-cı ildə isə rayon olan Çankayaya tabe edilmişdir. 1955-ci ildə E-5 dövlət avtomobil yolunun bu bölgədən keçməsi ilə Gölbaşının əhali artımı və inkişafı sürətlənmişdir. 1965-ci ildə Gölbaşı bələdiyyə təşkilatı qurulmuşdur. 29 noyabr 1983-cü il tarixli 2963 saylı Qanunla Çankayadan ayrılaraq rayon statusu almışdır. 22 oktyabr 1990-cı il tarixli, 90/1117 saylı Nazirlər Kabinetinin qərarı ilə 2872 saylı Ətraf Mühit Qanununun 9-cu maddəsinə əsaslanaraq "Gölbaşı rayonu Xüsusi Ətraf Mühit Mühafizə Bölgəsi" elan edilmişdir. 1991-ci ildə isə Gölbaşı bələdiyyəsi Böyükşəhər bələdiyyəsinin sərhədləri daxilinə alınmışdır.
Bu gün Gölbaşı rayonu Ankara Böyükşəhər Bələdiyyəsinin sərhədləri daxilində, 122.288 nəfər əhalisi və 1.364 km²-lik ərazisi ilə davamlı inkişaf edən və böyüyən bir rayon mövqeyindədir.
Coğrafiyası Gölbaşı Ankara şəhər mərkəzindən 20 km məsafədə, Daxili Anadolu platosunda yerləşən bir rayondur. Şərqində Bala (), qərbində Yenimahalle, cənubunda Haymana və şimalında Çankaya rayonları yerləşir.
Rayonun sahəsi 1.364 km²-dir. Gölbaşı rayonunun dəniz səviyyəsindən orta hündürlüyü 977 metrdir.
Gölbaşıda Moqan və Eymir gölləri yerləşir. Moqan gölü hövzəsi, əsasən, hamar, yer-yer orta dərəcədə nahamar olan bir hövzənin aşağı hissəsində alüvial bəndlərin arxasında yaranmış təbii bənd gölüdür. Sahəsi orta hesabla 6 km²-dir. Gölün cənubundan etibarən 2 km-lik məsafədə, sulaq-bataqlıq xarakterli keçid zonası vasitəsilə yeraltı və yerüstü sular şimal-şərqində yerləşən 1,25 km² əraziyə malik Eymir gölünə orta hesabla 5 metrlik hündürlük fərqi ilə axır. Bununla da Eymir gölünün su daxilolmasının demək olar ki, tamamı Moqan gölü tərəfindən təmin edilir. Geniş bir hövzədən drenaj olunan yeraltı və yerüstü sular Moqan–Eymir göllərindən keçərək hövzənin şimal-şərq hissəsindən İmrahor dərəsinə tökülür. Moqan gölünün su daxilolması qeyri-müntəzəm rejimli, yayda əsasən quruyan çaylar vasitəsilə baş verir.
İqlim və bitki örtüyü Gölbaşı və ətrafı qışları soyuq və yağıntılı, yayları isti və quraq keçən kontinental iqlimə malikdir. İllik orta yağıntı miqdarı 400 mm civarındadır. İllik orta temperatur isə 11,7 °C-dir.
Bölgənin geniş yayılmış bitki örtüyü ot bitkilərindən ibarət olmaqla yanaşı, müxtəlif hündürlüklərdə və fərqli rütubət dərəcəsinə malik topoqrafik ərazilərdə müxtəlif bitki qrupları mövcuddur. Meşəlik ərazilər daha çox Eymir gölünə baxan sıldırım yamaclı platolarda, Beynam meşələrində və yeni ağaclandırma aparılan ərazilərdə yerləşir. (Beynam meşələri Bala rayonunun sərhədləri daxilində yerləşir.)
Gölbaşı Xüsusi Ətraf Mühit Mühafizə Bölgəsində 476 növ, 6 alt növ, 6 varietet olmaqla ümumilikdə 488 bitki növü mövcuddur. Gölbaşını simvolizə edən dəyərlərdən biri olan Sevgi çiçəyi () Türkiyədə bitən 179 Centaurea növündən biri olub, yalnız Gölbaşıda — Moqan gölü və Hacıhasan məhəlləsi ətrafında bitən endemik bitkidir. Sevgi çiçəyinin çiçəkləmə dövrü aprel ayının son həftəsindən başlayaraq iyul ayının ilk həftəsinədək davam edir.
Əhalisi
Məhəllələr Gölbaşının 54 məhəlləsindən 11-i mərkəzdə yerləşir. Mərkəz məhəllələrində 108.600 nəfər (83,3%) yaşayır. Ən uzaq məhəlləsi isə 65,4 km uzaqlıqdakı Çeltekdir. Rayonda əhalisi ən çox olan, 25.076 nəfər ilə Eymir məhəlləsidir. Gölbaşının əhalisi 2017-ci ildə 5,4% artmışdır.TÜİK 1 fevral 2018 məlumatları
Ahiboz Akörənçarsak Altınçanaq Bağiçi Bağçalıevlər Ballıkpınar Bezirhanə Boyalıq Çayırlı Çeltək Çimşit Dikilitaş Emirlər Eymir Qaziosmanpaşa Gökçəhüyük Gölbək Günalan Hacıhəsən Hacılar Hacımuradlı Halaçlı İkizcə İncək Qaraali Mərkəz Qaraali Yazlıq Qaraali Qaracaörən Qaragədik Aydın Qaragədik Ercan Qaragədik Qaraoğlan Qarşıyaxa Qırıqlı Qızılcaşar Qoparan Mahmatlı Mahmatlıbahçə Oğulbəy Oyaca Axarsu Oyaca Yeşilçam Oyaca Örəncik Səymənlər Səlamətli Şəhid Əmrah Soğulcaq Subaşı Şəfəq Daşpınar Təpəyurd Topaqlı Tulumtaş Velihimmətli Yağlıpınar Yavrucuq Yaylabağ Yurdbəyi
İdarəetmə
Bələdiyyə sədrləri Seçim Ad Partiya 1984 Mümtaz Sarıtaş Ana Vətən Partiyası (Türkiyə) 1989 Ərdal Eren Sosial Demokrat Xalqçı Partiya (Türkiyə) 1994 1999 Cevdet Kara Milliyətçi Hərəkat Partiyası 2004 A. Nasir Haşlak Ədalət və İnkişaf Partiyası 2009 Yaqup Odabaşı Milliyətçi Hərəkat Partiyası 2014 Fatih Duruay Ədalət və İnkişaf Partiyası 2019 Ramazan Şimşək Milliyətçi Hərəkat Partiyası 2024 Yaqup Odabaşı Cümhuriyyət Xalq Partiyası
İstinadlar
Xarici keçidlər Gölbaşı Kaymakamlığı Gölbaşı Bələdiyyəsi
Kateqoriya:Ankara Kateqoriya:Ankara ilinin ilçələri Kateqoriya:Türkiyə Kateqoriya:Türkiyənin yaşayış məntəqələri