Balakürd — Azərbaycan Respublikasının Goranboy rayonunun Balakürd kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Kəndin yaxınlığında VII–VIII əsrlərə aid “Tosal ocağı” adlı tarixi abidə mövcuddur.  

Hər il Aşura günü kənd qəbiristanlığında yerləşən Tosal ocağında mərasimlər keçirilir və rayon sakinləri bu ocağı ziyarət edirlər.  

Toponimikası Balakürd kəndi Qarabağ düzündədir. Etnotoponimdir. "Kiçik Kürd kəndi" deməkdirAzərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1874 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Goranboy rayonu

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti

Kateqoriya:Goranboy rayonunun kəndləri