thumb|299x299px| Rəvayətə görə, Dadivəng məbədi Müqəddəs Dadinin ölüm yerində inşa edilmişdir. Müqəddəs Dadi (eramızın I əsrində anadan olub – eramızın I-II əsrlərində vəfat edib) Qafqaz Albaniyasında xristianlığı təbliğ edən erkən xristian müqəddəsi, vaizi və şəhidi idi. Həvari Levvey( Faddey)in şagirdlərindən biri idi. Bəzi tədqiqatçılar onu Müqəddəs Yelisey və hətta Həvari Faddey ilə eyniləşdirirlər .
Qafqazda xidmət Rəvayətə görə, I əsrin ikinci yarısında Həvari Faddeyin şagirdi Yelisey Yerusəlimə gedib və orada İsanın qardaşlığı Yaqubdan ruhani vəzifəsini qəbul edib. Daha sonra İran və Mesopotamiyadan gələn ticarət karvanları ilə birlikdə Qafqaza gəlmışdır , burada Dadi ilə birlikdə Məsihin təlimlərini təbliğ edirdi .
Ölümü Rəvayətə görə, müqəddəs Dadi Tərtər çayı hövzəsində şəhid olmuşdur və İsa Məsihə imanına görə bütpərəstlər tərəfindən daşqalaq edilərək öldürülmüşdür.
Xatirə Müqəddəs Dadinin şərəfinə dəfn olunduğu Dadivəng monastırı tikilmişdir və ehtimal ki,onun məzarı üzərində tikilmişdir. Monastır I əsrin ikinci yarısında inşa edilmişdir .
Qeydlər
Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:I əsr xristian müqəddəsləri