Ernst Alfred Kassirer (), () — alman filosofu. O, alman neokant filosofu və Qərb fəlsəfəsi tarixçisi idi. O, Georq Zimmel və Hermann Kohen-in tələbəsi və Leo Ştraus və Henri Korbin kimi filosofların müəllimi olmuşdur.

Haqqında 1936-cı ildə o, İstanbul Universitetində işləmək üçün dəvət almağa çalışmışdı, lakin İsveçdə işə başladıqdan sonra onun yerinə Ernst fon Aster dəvət olunmuşdu. Kant fəlsəfəsindən başlayaraq və Kantın insan zehnindəki apriori anlayışların təbii dünyanı necə formalaşdırdığına dair fundamental prinsiplərini genişləndirərək, Kassirer bir anlayışın fərdi varlıqlardan, çoxsaylı tək nümunələrdən abstraksiya yolu ilə əldə edildiyi fikrinə qəti şəkildə qarşı çıxmışdı. Platon kimi, o da bu anlayışın bilikləri təşkil etmək üçün bir vasitə kimi əvvəlcədən mövcud olduğunu iddia edirdi ki, detallar, fərdi obyektlər təsnif edilə bilsin.

Həmçinin bax

İstinadlar

Kateqoriya:XIX əsr filosofları Kateqoriya:İdealistlər Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri Kateqoriya:Mədəniyyət filosofları Kateqoriya:Yəhudi filosoflar