Meşak İzuçukvu Uboçioma (; ) — Nigeriya futbolçusu, Azərbaycan Premyer Liqa klubu "Qəbələ"nin cinah yarımmüdafiəçisi.

Erkən həyatı Uboçioma 2001-ci ildə Nigeriyada anadan olub. O, futbol oynamağa beş yaşında başlayıb.

Karyerası 2021-ci ildə Uboçioma Macarıstanın "Zalaegerseq" klubu ilə müqavilə imzaladı. O, klubun 2023-cü il Macarıstan Kubokunu qazanmasına kömək etdi.

3 avqust 2024-cü ildə Şotlandiya Premyer Liqasının klubu "Dandi Yunayted" Uboçioma ilə iki illik müqavilə imzaladığını elan etdi. 2025-ci ilin yanvar ayında Uboçioma 2024–25 mövsümünün qalan hissəsi üçün Şotlandiya Çempionşip klubu Livinqstona icarəyə verildi. Mövsümün sonunda "Dandi Yunayted"ə qayıtdıqdan sonra Uboçioma bu müqavilədən azad edildi.

8 avqust 2025-ci ildə Macarıstan çempionatı klubu "Kazintsbartsika" ilə müqavilə imzaladı.

21 iyul 2026-cı ildə Azərbaycan Premyer Liqa klubu Qəbələ Uboçiomanın transfer olunduğunu və 1+1 sxemi ilə müqavilə imzaladığı açıqladı. Misli Premyer Liqasının I turunda "Turan Tovuz"a qarşı 0:1 hesabıyla məğlub olduqları səfər matçında debüt edib.

Şəxsi həyat Ubochiomanın bir qardaşı var. O, Nigeriyanın İmo ştatındandır .

Fəxri adlar Zalaegerseq

Macarıstan Kuboku : 2022/23

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Şotlandiya Peşəkar Futbol Liqası futbolçuları Kateqoriya:Macarıstan futbol çempionatının futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları