Danimarkalı Con (; ) — Danimarka, Norveç və İsveçi özündə birləşdirən Kalmar birliyinin kralı II Kristianın oğlu.

1518-ci ildə Kopenhagendə dünyaya gəldi. Atası Norveç və Danimarka kralı II Kristian, anası isə Kastiliya kraliçası Dəli Yuannanın qızı İzabelladır. Kralın yeganə oğlu kimi taxt varisi olsa da, atasının 1523-cü ildə taxtdan endirilməsinin ardından bu ünvanını itirdi. Ailəsiylə birlikdə Belçikanın Lierre şəhərində sürgündə yaşadı və dayısı olan Müqəddəs Roma imperatoru V Karlın hərbi dəstəyini gözlədilər.

1531-ci ildə atası onun Norveç taxtındakı hüququnun tanınması üçün Osloda məclis tərtiblədi. Vəliəhd Con isə dayısının əmsiylə Regensburqda idi. Ancaq məclisdən öncə 11 avqustda burada vəfat etdi. Gentdəki Müqəddəs Pyotr monastırına dəfn olundu. 1883-cü ildə məzarı açıldı və qalıqları Odensdəki kafedrala dəfn olundu.

Mənbə

Ədəbiyyat

Kateqoriya:Vəliəhdlər