Kristian Dimitri Leqbo Ougehi (; ) — Kot-d'İvuar futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə"nin sol cinah yarımmüdafiəçisi.
Klub karyerası Leqbo oyunçu karyerasına doğma Kot-d'İvuarın "Abican" komandasında başlayıb, daha sonra Ermənistana köçüb və 2021-ci ilin sentyabrında "Ararat Yerevan" ilə müqavilə imzalayıb.
11 fevral 2023-cü ildə Finlandiyanın "İnter Turku" komandası açıqlanmayan bir ödəniş müqabilində Leqbonu transfer etmək üçün "Ararat" ilə razılığa gəldiyini açıqladı. O, əvvəlcə "İnter"lə ikiillik müqavilə imzaladı. 3 oktyabr 2024-cü ildə onun müqaviləsini daha bir il artırmaq hüququndan istifadə edildi.
19 oktyabr 2025-ci ildə Leqbo "İnter" üçün iki dəqiqə ərzində dubl etdi, o cümlədən "İnter" 0:1 hesabı ilə geridə qaldıqdan sonra "İlves" üzərində 2:1 hesablı qələbə qolunu vurdu.
Leqbo 22 yanvar 2026-cı ildə Xorvatiyanın "Riyeka" klubu ilə iki il yarımlıq müqavilə imzaladı və bu müqaviləyə bir illik uzatma imkanı da edildi.
3 sentyabr 2026-cı ildə "Zirə" ilə ikillik müqavilə imzaladı.
Beynəlxalq karyerası 15 oktyabr 2022-ci ildə Leqbo 2023-cü il U-23 Afrika Millətlər Kubokunun seçmə mərhələsində Niger U-23 ilə qarşılaşmaq üçün Kot-d'İvuar U-23 milli komandasına çağırıldı, lakin o, istifadə olunmamış ehtiyat oyunçu kimi qaldı.
İstinadlar
Xarici keçidlər
Dimitri Legbo at Croatia Football Federation Kateqoriya:Xorvatiya Futbol Liqası futbolçuları Kateqoriya:Ermənistan Premyer Liqası futbolçuları Kateqoriya:Riyeka FK futbolçuları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları