Tamstore — Azərbaycanda fəaliyyət göstərən supermarketlər şəbəkəsi. Şirkət ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə satışını həyata keçirir.

Tarixi 2023-cü ildə Avrora Qrup tərəfindən Tam Store MMC təsis edilib. 2024-cü il 2024-cü ildə Tamstore marketlər şəbəkəsi 41 yeni filial açmışdır. Yeni filiallardan 30-u Bakı, 11-i isə Azərbaycanın müxtəlif rayonlarında fəaliyyətə başlamışdır.

Yeni filialların açılması şirkətin xidmət şəbəkəsinin genişləndirilməsinə və müxtəlif bölgələrdə fəaliyyətinin artırılmasına imkan yaratmışdır.

2025-ci il 2025-ci ildə Tamstore marketlər şəbəkəsi Azərbaycanın müxtəlif bölgələrində yeni filiallar açmışdır. İl ərzində Ağdaş rayonunun Ləki qəsəbəsində, Qazaxda, Göytəpədə, Naxçıvanda, Masallıda, Bərdədə və Şərurda yeni filiallar fəaliyyətə başlamışdır.

Yeni filialların açılması şirkətin regionlarda fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən biri olmuşdur. 2025-ci il ərzində yeni filialların açılmasının davam etdirilməsi planlaşdırılmışdır. right| 220px| 2025-ci il üzrə təqdim olunan məlumatlara əsasən, Tamstore şəbəkəsində 86 şöbə fəaliyyət göstərmiş və şirkətin əməkdaşlarının sayı 3600-dən çox olmuşdur.

Filialları Tamstore Azərbaycanın müxtəlif şəhər və rayonlarında supermarket filialları ilə fəaliyyət göstərir. 2025-ci ildə yeni filiallar Ağdaş rayonunun Ləki qəsəbəsi, Qazax, Göytəpə, Naxçıvan, Masallı, Bərdə və Şərurda açılmışdır. 2026-cı ilin sentyabr ayında 100-cü filialı ilə fəaliyyət götərməkdədir.

Həmçinin bax Bazarstore OBA Market Al Market

İstinadlar

Xarici keçidlər Rəsmi saytı

Kateqoriya:Azərbaycandakı supermarketlər Kateqoriya:Azərbaycan şirkətləri