Rus Texniki Cəmiyyəti () — 1866-cı ildə İmperial Rus Texniki Cəmiyyəti adı ilə yaradılmış, texnoloji inkişafı təşviq etmək məqsədilə alimləri, mühəndisləri və digər şəxsləri bir araya gətirən elmi cəmiyyət. Cəmiyyətə hökumətin Maarif və Maliyyə nazirlikləri tərəfindən dəstək verilmiş, həmçinin digər dövlət qurumları və sənaye tərəfindən dəstəklənmişdir. Cəmiyyət yeni ixtiraların yaradılmasını və texnologiyaların tətbiqini asanlaşdırmaqla Rusiyanın istehsal və sənaye sahələrinin daha da inkişafını gücləndirməyi qarşısına məqsəd qoymuşdu. Dmitri Mendeleyev və Pyotr Koçubey təşkilatın fəaliyyətində aparıcı rol oynayırdılar.

1895-ci ildə cəmiyyət Lüdviq Knopu yalnız ingilis toxuculuq maşınlarını idxal etməklə Rusiyanın toxuculuq sənayesinin inkişafına mane olmaqda tənqid etmişdir.

1914-cü ildə isə məlumat bürosu yaradaraq alim və texniki mütəxəssislərin müharibə səyləri üçün səfərbər edilməsində iştirak etmişdir. Bu büro sənayeyə, həmçinin dövlət və yerli özünüidarəetmə orqanlarına məlumat təqdim edirdi.

İstinadlar

Kateqoriya:1923-cü ildə yaradılmış təşkilatlar Kateqoriya:Rusiyada elm və texnologiya Kateqoriya:Mexanika mühəndisliyi