Rəhman Rafiqoğlu (əsl adı: Rəhman Novruzov Rafiq oğlu; 15 iyun 1980, Bakı) — azərbaycanlı yazıçı,kinossenarist, kinorejissor və prodüser.

Həyatı

Rəhman Novruzov 15 iyun 1980-ci ildə Bakı şəhərində anadan olub.2001-ci ildə Bakı Slavyan Universitetinin polyak filologiyası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildə həmin universitetin magistratura pilləsini də fərqlənmə diplomu ilə başa vurub.1998-ci ildə universitetdə "Slavistlər" KVN komandasını yaradıb və komandanın kapitanı olub. Komanda tələbələr arasında keçirilən milli liqanın yarımfinal mərhələsinə qədər yüksəlib. 1999–2002-ci illərdə Rusiyanın və Ukraynanın KVN liqalarında çıxış edən "Bakı işıqları" komandasının üzvü olub. Həmin illərdə "Paparazzi" və "Show time" əyləncə jurnallarında baş redaktor kimi fəaliyyət göstərib. 2003-cü ildən Sankt-Peterburqda yaşayıb və işləyib. 2005–2007-ci illərdə Moskvada fəaliyyət göstərib. 2005-ci ildə Moskvada "MKJТ" nəşriyyatı tərəfindən "Умри и возродись" adlı kitabı nəşr olunub. Əsərin Azərbaycan dilinə tərcüməsi 2009-cu ildə Bakıda "Mütərcim" nəşriyyatı tərəfindən "Öl və diril" adı ilə çap edilib. 2005–2007-ci illərdə "Visyaki" çoxseriyalı detektiv filminin ssenarisi üzərində işdə iştirak edib. 2013-cü ildə ssenarist Pol Freyzerin ssenari müəllifliyi üzrə kursunu keçib.

Rəhman Rafiqoğlu müxtəlif illərdə bədii, sənədli və sənədli-bədii filmlərin, televiziya layihələrinin ssenari müəllifi və rejissoru kimi fəaliyyət göstərib. 2009–2011-ci illərdə "Ultra Production" kino istehsalı şirkətində çalışıb. 2014-cü ildə sərbəst güləş üzrə dünya çempionu Hacı Əliyev haqqında "Olimpa gedən yol" sənədli filminin ssenari müəllifi və rejissoru olub. 2014–2015-ci illərdə "Maqis. Unudulmuş izlərlə" televiziya layihəsi üzərində çalışıb. 2015-ci ildə "1361" qısametrajlı bədii filminin ssenarisini yazıb. Filmin rejissoru Vüsal Hacı-Qədir olub. Film 2016-cı ilin avqustunda Moskvada keçirilən V Beynəlxalq KONİK Qısametrajlı Film Festivalının proqramında nümayiş etdirilib. 2016–2017-ci illərdə Rəhman Rafiqoğlu "Nazlı" tammetrajlı romantik komediya filminin ssenari müəllifi və quruluşçu rejissoru olub.

R. Rafiqoğlunun televiziya fəaliyyətinə çoxseriyalı bədii və sənədli-bədii layihələr daxildir. Onun iştirakı ilə hazırlanmış televiziya layihələri arasında "Həyat çiçəyi", "Kabusun kölgəsində", "Maqis. Unudulmuş izlərlə", "Dosye" və "Zərbə" layihələri göstərilir.

"Həyat çiçəyi" televiziya serialı gürcü istehsalı olan ekran əsərinin adaptasiyası əsasında hazırlanıb.

"Kabusun kölgəsində" çoxseriyalı televiziya filmi ATV telekanalında yayımlanıb. Rafiqoğlu layihədə ssenarist və rejissor kimi fəaliyyət göstərib. 2020–2021-ci illərdə "Dosye" sənədli-bədii televiziya layihəsinin müəllifi, ssenaristi və rejissoru olub. 2022-ci ildə "Zərbə" mini-serialının ssenari müəllifi və rejissoru kimi çıxış edib. Bu layihələrə "Kubinka", "Olimpa gedən yol", "Dosye", "Xocalı Soyqırımı", "Ağ ölümün qara sonu", "Xəyət çilikləri" və "İsa Məsihin həyatı" daxildir.

2021-ci ildə "Xocalı Soyqırımı", 2022-ci ildə "Ağ ölümün qara sonu" və "Xəyət çilikləri", 2023-cü ildə isə "İsa Məsihin həyatı" sənədli-bədii layihələri üzərində çalışıb.

"İsa Məsihin həyatı" layihəsi Novruz OFF Cinema və Azərbaycan Bibliya Cəmiyyətinin iştirakı ilə hazırlanıb. 2016-cı ildə Rəhman Rafiqoğlu audiovizual layihələrin istehsalı və prodüserliyi ilə məşğul olan "Zaratustra Film" kino şirkətini təsis edib. 2022-ci ildə Rafiqoğlu tərəfindən "Novruz OFF CINEMA" kino şirkəti yaradılıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür

Filmoqrafiya Visyaki (film, 2007) (ssenarist) Niyyət (film,2009) (redaktor) Kubinka (film,2010) (redaktor) Qorxma, mən səninləyəm! 1919 (film, 2013) (ssenarist, ikinci rejissor) Həyat çiçəyi(teleserial,2012-2013) (ssenarist) Kabusun kölgəsində (teleserial,2014) (ssenarist, rejissor) Olimpa gedən yol (ssenarist, rejissor) Maqis. Unudulmuş izlərlə (film,2015) (ssenarist, rejissor) 1361 (film,2017) (ssernaist) Nazlı (film, 2017) (ssenarist, quruluşçu rejissor) Dosye (film, 2021) (layihə müəllifi, ssenarist, rejissor) Xocalı Soyqırımı (film,2021) (ssenarist, rejissor) Ağ ölümün qara sonu (film,2022) (ssenarist, rejissor) Xəyət çilikləri (film,2022) (ssenarist, rejissor) Zərbə (film, 2022) (ssenarist, rejissor) İsa Məsihin həyatı (film,2023) (ssenarist, rejissor) Unudulmuş (film,2024) (ssenarist, quruluşçu rejissor) Path of The Enemy (film,2024) (ssenarist, quruluşçu rejissor)

Xarici keçidlər Komediya janrında yeni film çəkilir Rəhman Rafigoğlu "Nazlı" filmi Hindistanda nümayiş etdiriləcək R.Rafiqoğlu: "Ssenarini mən yazdım və biz qərara gəldik ki, klipi məhz mən çəkməliyəm".