Fridrix Lüdovik (; ) — ilk Böyük Meklenburq-Şverin hersoqu I Fridrix Fransiskin oğlu, vəliəhd.

13 iyun 1778-ci ildə Ludviqslustda dünyaya gəldi. Atası Böyük Meklenburq-Şverin hersoqu I Fridrix Fransisk, anası isə Saksen-Qota-Altenburq hersoqu II Fridrixin nəvəsi Şahzadə Luizadır. Atasının 1785-ci ildə taxta çıxmasının ardından vəliəhd ünvanı aldı. 1792-1795-ci illərdə Rostok Universitetində təhsil aldı. 1797-ci ildə hərbi təlim-tərbiyəyə başladı. Həmin ilin 15 noyabrında formal olaraq general-leytenant rütbəsinə yüksəldi.

22 oktyabr 1799-cu ildə Qatçinada rus çarı I Pavelin qızı Yelena Pavlovna ilə evləndi. Cütlüyün bu nigahdan 2 övladı doğuldu. Ancaq bu evliliyi xanımının 1803-cü ildə vəfatıyla sonlandı.

Pavel Fridrix (1800-1842) Mariya Luiza (1803-1862)

Xanımının 1803-cü ildə vəfat etməsindən sonra dul qaldı. 1 iyul 1810-cu ildə Böyük Saksen-Veymar-Eisenax hersoqu Karl Avqustun qızı Karolina Luiza ilə evləndi. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.

Albert (1812-1834) Helena (1814-1858) Maqnus (1815-1816)

Napoleon müharibələri dövründə Meklenburq-Şverin mülkü fransızlar tərəfindən işğal edildi və digər ailə üzvləriylə birlikdə 22 dekabr 1806-cı ildə sürgün edildi. Cəmi 1 il davam edən bu sürgün boyunca Holşteyndə qaldılar.

Xanımının 1816-cı ildə vəfat etməsinin ardından yenidən dul qaldı. Ölüm döşəyindəki xanımının vəsiyyətinə əsasən, körpə övladlarının baxımsız qalmaması üçün Hesse-Hamburq landqrafı V Fridrixin qızı Şahzadə Avqusta ilə evləndi. Cütlüyün toy mərasimi 3 aprel 1818-ci ildə Hamburqda baş tutdu. Təsadüfən mərasimdən 4 gün sonra Şahzadə Avqustanın qardaşı Şahzadə Jozef Avqust da Britaniya və İrlandiya kralı III Georqun qızı Şahzadə Yelizaveta ilə evləndirildi. Ancaq hər iki cütlük də övlad sahibi olmadı.

29 noyabr 1819-cu ildə Ludviqslustda vəfat etdi. Ölümünün ardından xanımı Şahzadə Avqusta Şverini tərk etmədi və bir daha evlənməyərək ögey övladlarının təlim-tərbiyəsi ilə məşğul oldu.

Mənbə

Ədəbiyyat

Klaus-Ulrich Keubke und Ralf Mumm: Soldaten aus Mecklenburg. Lebensbilder von 1701 bis 1871. Schriften zur Geschichte Mecklenburgs, Schwerin 2004, ISBN 3-00-014908-2. Carl Schröder: Tagebuch des Erbprinzen Friedrich Ludwig von Mecklenburg-Schwerin aus den Jahren 1811–1813. In: Jahrbücher des Vereins für Mecklenburgische Geschichte und Altertumskunde 65 (1900), S. 123–304 (Volltext). Madame la duchesse d’Orléans - Hélène de Mecklembourg-Schwerin. Nouvelle édition. Michel Lévy, Paris 1859. Sabine Bock: Plüschow. Geschichte und Architektur eines mecklenburgischen Gutes. Thomas Helms Verlag, Schwerin 2013, ISBN 978-3-940207-60-9. Jürgen Borchert: Mecklenburgs Großherzöge. 1815–1918. Demmler Verlag Schwerin 1992, ISBN 3-910150-14-4. René Wiese: Friedrich Ludwig. Ein Erbgroßherzog als Minister. In: Bernd Kasten, Matthias Manke, René Wiese: Die Großherzöge von Mecklenburg-Schwerin. Hinstorff Verlag GmbH, Rostock 2015, ISBN 978-3-356-01986-5, S. 48–55.

İstinadlar

Kateqoriya:Meklenburq-Şverin sülaləsi Kateqoriya:Taxt namizədləri Kateqoriya:Taxta çıxanmayan varislər