Prussiyalı Aleksandrina (; ) — Prussiya kralı III Fridrixin qızı, Böyük Meklenburq-Şverin hersoginyası.

23 fevral 1803-cü ildə Berlində Prussiya kralı III Fridrixin qızı kimi dünyaya gəldi. Hələ 7 yaşında ikən anası vəfat etdi.

İsveç-Norveç kralı XIV Karl İohannın oğlu vəliəhd-şahzadə Oskar Bernadotun evlilik təklifini geri çevirdikdən sonra, 25 may 1822-ci ildə Böyük Meklenburq-Şverin hersoqu I Fridrix Fransiskin nəvəsi və varisi vəliəhd-şahzadə Pavel Fridrixlə evləndirildi. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.

II Fridrix Fransisk Şahzadə Luiza (1824-1859) Şahzadə Vilyam (1827-1879)

Ərinin 1837-ci ildə taxta çıxmasının ardından Böyük Meklenburq-Şverin hersoginyası ünvanını aldı. 1842-ci ildə ərinin vəfatından sonra dul qaldı və bir daha evlənmədi.

21 aprel 1892-ci ildə Şverində vəfat etdi və Şverin kafedralına dəfn olundu.

Mənbə

Ədəbiyyat

Venning, Timothy (30 June 2023). A Compendium of World Sovereigns: Volume III Early Modern. Taylor & Francis. ISBN 978-1-000-86452-6

İstinadlar

Kateqoriya:Meklenburq-Şverin sülaləsi