Mariya Karolin Avqusta Rudolştadt (; ) — Böyük Hesse hersoqu II Lüdovikin nəvəsi, Böyük Meklenburq-Şverin hersoginyası.

29 yanvar 1850-ci ildə alman əsilli Şvarzburq-Rudolştadt ailəsində dünyaya gəldi.

4 iyul 1868-ci ildə Böyük Meklenburq-Şverin hersoqu II Fridrix Fransisklə evləndi. Bəy namizədi daha öncə 2 dəfə evlənmişdi və bunlardan doğulan 5 övladı vardı. Evlilik əsnasında bəy namizədinin 45, Mariyanın isə 18 yaşı vardı. Cütlüyün bu nigahdan 4 övladı doğuldu.

Yelizaveta Aleksandrina (1869-1955) Fridrix Vilhelm (1871-1897) Adolf Fridrix (1873-1969) Henri Vladimir (1876-1934)

1883-cü ildə ərinin vəfatının ardından azyaşlı övladlarının təlim-tərbiyəsi ilə məşğul oldu. 1910-cu ildən etibarən Oldenburqda məskunlaşdı və burada övladlarıyla görüşü qadağan edilən qızı Böyük Oldenburq hersoginyası Yelizaveta Aleksandrina ilə birlikdə yaşadı. Niderland şahzadə-konsortu olan oğlu Şahzadə Henrinin ad günü şənlikləri münasibətilə getdiyi Haaqada səhhəti pisləşdi və 22 aprel 1922-ci ildə burada vəfat etdi. Cənazəsi Nordeynde sarayındakı mərasimin ardından Şverinə yola salındı və burada dəfn olundu.

Mənbə

Ədəbiyyat

thePeerage.com Anne Prinzessin von Hessen und bei Rhein

Ludwig von Hirschfeld: Friedrich Franz II., Grossherzog von Mecklenburg-Schwerin, und seine Vorgänger. Duncker & Humblot, 1891.

İstinadlar