300px|thumb|Furşet masası Furşet ( — çəngəl) — dəvət olunmuş şəxslərin ayaqüstə yemək yediyi, yemək və içkiləri sərbəst seçdiyi, özünəxidmət etdiyi və süfrə ləvazimatı kimi əsasən çəngəldən istifadə etdiyi birgə qida qəbulu formasıdır. Stullar və yerləri əvvəlcədən ciddi şəkildə müəyyən edilmiş masalar nəzərdə tutulmur.
Aşağıdakı hallarda təşkil olunur:
qonaqlar çox, onların görüşü üçün yer isə az olduqda; ev sahibləri və qonaqların vaxtı məhdud olduqda; görüşün məqsədi bol yeməkdən daha çox ünsiyyət olduqda.
Xüsusiyyətləri:
18–20 qonağa bir ofisiant (ofisiantlarla təşkil olunan furşet zamanı); çoxlu sayda kiçik ölçülü qəlyanaltılar; 1,5–2 saat davam etməsi; eyni ölçülü zalda masa arxasında keçirilən banketlə müqayisədə furşet zamanı 4–5 dəfə daha çox qonağa xidmət göstərmək mümkündür.
Vaxt baxımından işgüzar furşet-kokteyl təxminən bir saat üçün nəzərdə tutulur; adətən müşavirələrin və ya konqreslərin fasilələri zamanı təşkil edilir. İstirahət məqsədli furşet-kokteyl təxminən iki saat davam edir və, bir qayda olaraq, konfranslar başa çatdıqdan sonra, bəzən isə açıq havada keçirilir.
Təşkili thumb|right|Jan-Lui Foren. Furşet. 1884 Mebellərin yerləşdirilməsi zamanı nəzərə almaq lazımdır ki, masalar adi masalardan daha hündür (90–100 sm) olmalıdır. Divarla masa arasındakı məsafə 1,5 m olmalıdır ki, onların arasında sərbəst hərəkət etmək mümkün olsun.
Masalar xüsusi süfrələrlə örtülür. Süfrənin seçimi qəbulun növündən asılıdır. Masaya «yubka» da taxmaq olar. Süfrə ilə döşəmə arasında 5 sm məsafə qalmalıdır. Süfrənin tərtibatı zamanı çiçək kompozisiyası yerləşdirilir. Şüşələrdə olan sərinləşdirici içkilər masanın kənarına tərəf etiketləri görünəcək şəkildə düzülür. Şirələr, morslar və mineral su boşqablarda küplərə tökülür. Qəlyanaltı boşqabları 6–10 ədəd olmaqla qruplar şəklində üst-üstə düzülür. Oval və ya kvadrat qablar 45° bucaq altında yerləşdirilir.
Qəlyanaltıların yerləşdirilməsi zamanı aşağıdakılar nəzərə alınır:
ilk növbədə temperaturun təsirindən öz keyfiyyətini və xarici görünüşünü itirməyən qəlyanaltılar qoyulur; ən sonda jelli yeməklər, mayonezli qəlyanaltılar, kərə yağı və kürü qoyulur.
Menyunun hazırlanması zamanı nəzərə alınmalıdır:
1 qonaq üçün müxtəlif qəlyanaltılardan 400–500 q hesablanır; qarşılama bokalı — 50 q təklif edilə bilər.
Furşetin ən sadə variantı — kanape (15–30 q çəkidə kiçik buterbrodlar), bir neçə yüngül qəlyanaltı, çay və meyvələrdir.
İncə zövqlə hazırlanmış furşetin menyusu 12–16 növ soyuq qəlyanaltı, 1–3 isti yemək, desert, çay və qəhvə nəzərdə tutur.
Kateqoriya:Qida mədəniyyəti Kateqoriya:Servis və yemək