Əbül-Abbas Əhməd ibn Yəhya ibn Zeyd ibn Yasar (Səyyar) əş-Şeybani () və ya sadəcə Sələb () — Kufə dilçilik məktəbinə mənsub dilçi, mühəddis, şair, ədəbiyyatçı və Quran alimi.

Həyatı 815-ci ildə Bağdad şəhərində anadan oldu və mənşəyi naməlum Sələb ləqəbi ilə məşhurlaşdı.

Yəhya ibn Ziyad əl-Fərra, Əbu Abdullah ibn əl-Ərəbi, Sələmə ibn Asim, Əbül-Fəzl ər-Riyaşi, Zübeyr ibn Bəkkar, Məhəmməd ibn Həbib ibn Qədim, İbn Səllam əl-Cüməhi və İbn əs-Sikkitdən dərslər aldı. Əbu Zeyd əl-Ənsari, Məmər ibn Müsənna və Əbu Əmr ibn Əlanın əsərlərini dinlədi və bu əsərlərin rəvayətçisi oldu.

Kufə dilçilik məktəbinin qabaqcıl alimlərindən biri oldu və Əbu Osman əl-Məzini ilə elmi debatlar etdi.

Bir müddət müəllimlik etdi, tələbə yetişdirdi. Qulamu Sələb, İbn Keysan, İbn Mücahid, Əbu Musa əl-Həmiz, Əxfəş əl-Əsğər, İbn əl-Ənbari, Əbu Bəkr ibn əl-Xəyyat, Niftəveyh, Məhəmməd ibn Abbas əl-Yezidi, İbn Vəllad, İbn Nəsix əl-İsfahani və Harun ibn əl-Haik onun yetirmələrindən bəziləridir.

904-cü ildə Bağdad şəhərində qəza nəticəsində həlak oldu. Məzarı Bəb əş-Şam adlı yerin yaxınlığındadır.

Əsərləri Qələmə aldığı əsərlərdən bəziləri bunlardır: Kitabül-Fəsix. Qəvaidüş-şeir. Məcalisü Sələb.

İstinadlar

Kateqoriya:Ərəb filoloqlar Kateqoriya:IX əsr alimləri