Sol, həmçinin Sol Partiya (; Linkspartei) — Almaniyada sosialist populist siyasi partiya. 16 iyun 2007-ci ildə vaxtı ilə Almaniya Demokratik Respublikasında 1949-1990-cı illərdə hakim partiya olmuş Almaniya Vahid Sosialist Partiyası əsasında 1990-cı ildə yaradılmış Demokratik Sosializm Partiyası ilə 2005-ci ildə yaradılmış sol təmayüllü Əmək və Sosial Ədalət-Seçki Alternativi partiyası və Almaniya Sosial-Demokrat Partiyasının sol qanadından çıxmış şəxslərin birləşməsi nəticəsində yaranıb.

Siyasi prinsiplər 24—25 mart 2007-ci ildə Dortmundda Sol Partiyanın yaradılması üçün Demokratik Sosializm Partiyasının Əmək və Sosial Ədalət-Seçki Alternativi partiyası ilə birləşmə konqresində . yeni partiyanın "Əsas proqram tezisləri" elan edildiПрограмма партии «Левая» (Ключевые программные тезисы) . 2009-cu il seçkiləri üçün partiya federal seçki proqramını qəbul etdiФедеральная избирательная программа партии «Левая» . Sol Partiyanın proqramı 2011-ci ilin oktyabrında qəbul edildiПрограмма партии Программа партии «Левая» .

Sol Partiya demokratik sosializm ideoloji xəttininə bağlıdır və bildirir ki, "kapitalizmin nəticələrini" aradan qaldıracağını elan edir.

Xarici siyasətə gəldikdə isə Sol Partiya Avropa inteqrasiyasını dəstəkləyir, beynəlxalq birlikdə Birləşmiş Millətlər Təşkilatının rolunun artmasını düzgün sayır. Partiya Avropa Birliyinin demokratikləşdirilməsinə çağırır, bazar münasibətlərinin əleyhinədir. Sollar Əfqanıstanda müharibənin də əleyhinə çıxırlarGerman hard left set to gain ground (BBC)Бундестаг открывает путь к ратификации Лиссабонского договора .

İstinadlar

Kateqoriya:Almaniya Federativ Respublikasının siyasi partiyaları Kateqoriya:Panavropadakı siyasi partiyalar Kateqoriya:Sosialist partiyaları Kateqoriya:Sol partiyalar Kateqoriya:Almaniyada solçuluq Kateqoriya:Almaniyadakı siyasi partiyalar Kateqoriya:Antifaşist hərəkatlar və təşkilatları Kateqoriya:Avropa Parlamentində təmsil olunan partiyalar Kateqoriya:Berlin təşkilatları