2000-ci il Türkiyə prezident seçkiləri — Türkiyənin 10-cu prezidentini seçmək məqsədilə Türkiyə Böyük Millət Məclisində keçirilmişdir. 23 aprel 2000-ci ildə Türkiyənin çoxpartiyalı siyasi sisteminin tarixində misli görünməmiş hadisə baş verdi: bütün siyasi partiyaların (DSP, MHP, FP, ANAP və DYP) birgə qərarı ilə, TBMM üzvü olmayan şəxsi prezidentliyə namizədliyi təklif edildi.Sezer için 5 liderden ortak imza Konstitusiya Məhkəməsinin keçmiş sədri Əhməd Necdət Sezər Türkiyə Böyük Millət Məclisində təmsil olunan beş partiyanın dəstəyini və parlament üzvləri sırasından olmayan namizədin irəli sürülməsi üçün tələb olunan 110 deputatın imzasını əldə edərək seçkiyə qatıldı. O, seşkilərin üçüncü turunda Türkiyənin 10-cu prezidenti seçildi.T.T.B.M. Tutanak Dergisi 88-inci Birleşim T.T.B.M. Tutanak Dergisi 89-uncu Birleşim Seçkiyə qatılan namizədlərin heç biri ilk iki turda tələb olunan səs çoxluğunu əldə edə bilmədi. Səsvermənin ikinci turunda ikinci yeri tutmuş Türkiyə Böyük Millət Məclisinin sədri Yıldırım Akbulut üçüncü turda iştirak etmədi. Sezer 16 may 2000-ci ildə Süleyman Dəmirəli əvəz edərək prezidentlik vəzifəsinin icrasına başladı.

Nəticələri Namizədlər Siyasi Partiya Səsvermə 1. Tur27 aprel 2. Tur1 may 2000 3. Tur5 may 2000 Bitərəf Əhməd Necdət Sezər Bitərəf 281 314 330 Fazilət Partiyası Nevzat Yalçıntaş Fazilət Partiyası 61 66 113 Milliyətçi Hərəkat Partiyası Sadi Somuncuoğlu Milliyətçi Hərəkat Partiyası 58 32 43 Doğru Yol Partiyası Rasim Zaimoğlu Doğru Yol Partiyası 7 3 24 Bitərəf Mehmet Mail Böyükerman Bitərəf 3 2 7 Ana Vətən Partiyası İldırım Ağbulud Ana Vətən Partiyası 56 88 seçkilərdən çəkildi Doğru Yol Partiyası Doğan Güreş Doğru Yol Partiyası 35 22 seçkilərdən çəkildi Doğru Yol Partiyası Əhməd İyimaya Doğru Yol Partiyası 10 seçkilərdən çəkildi Ana Vətən Partiyası Agah Oktay Güner Ana Vətən Partiyası 5 seçkilərdən çəkildiDemokratik Sol Partiya Oğuz Aygün Demokratik Sol Partiya 4 seçkilərdən çəkildi Boş 2 3 8 Etibarsız 8 2 8 İştirakı 530 532 533 İştirak etməyən 20 18 17

Həmçinin bax Türkiyədə Prezident seçkiləri

İstinadlar

Xarici keçidlər , Toplumsal Ekonomik Siyasal Araştırmalar Vakfı

Kateqoriya:Ölkələrinə görə prezidentlərin siyahıları Kateqoriya:Türkiyənin dövlət quruluşu Kateqoriya:Ölkələrinə görə prezidentlər Kateqoriya:Türkiyə hökumətləri Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:Türkiyədə seçkilər Kateqoriya:1993-cü ildə Türkiyə Kateqoriya:Türkiyədə prezident seçkiləri Kateqoriya:Türkiyə prezidentləri Kateqoriya:Türkiyədə prezident seçkiləri