Psixoloji treninq — davranış bacarıqlarının aktiv şəkildə öyrənilməsi və şəxsiyyətin inkişafı növü. Treninqdə iştirakçıya psixoloji keyfiyyət və ya bacarıqların inkişafına, yaxud nümayişinə yönəlmiş müəyyən çalışmalardan keçmək təklif olunur. Effektiv öyrənmə və inkişafı təmin edən fəaliyyətin açar prinsipi treninqdə fəaliyyətin bütün formalarının — ünsiyyət, oyun, öyrənmə və əməyin daimi əlaqələndirilməsidir.
Psixoloji treninqləri qrup psixoterapiyasından fərqləndirmək lazımdır.
İstinadlar
Kateqoriya:Psixoloji dəstək metodları Kateqoriya:Psixoloji təlim