I Ernest Fridrix Pavel Georq Nikolay (; ) — Saksen-Altenburq hersoqu.

Həyatı 16 sentyabr 1826-cı ildə Hildburqhauzendə dünyaya gəldi. Atası Saksen-Hildburqhauzen hersoqu Frederikin oğlu şahzadə Georq, anası isə Böyük Meklenburq-Şverin vəliəhdi Fridrix Lüdovikin qızı Mariya Luizadır. 1840-cı ildə qardaşı Morislə birgə Yena Universitetində təhsil almağa göndərildi. 1843-cü ildə təhsilini Lozannada davam etdirdi. 1845-ci ilin avqustundan etibarən Saksoniya ordusunda hərbi xidmətə başladı.

1848-ci ildə əmisi taxtdan çəkildi və atası Georq taxt-taca sahibləndi. Beləcə, Saksen-Altenburq taxt-tacının vəliəhdi oldu.

Atasının vəfatının ardından 1853-cü ildə taxta çıxdı. Həmin il 28 aprel 1853-cü ildə Anhalt hersoqu I Fridrixin bacısı Aqnessa ilə evləndi. Cütlüyün bu nigahdan 2 övladı doğuldu.

Mariya (1854-1898) Georq (1856), yaşı tamam olmadan öldü.

55 il davam edən səltənəti boyunca dövlət idarəsindən uzaq qalmağa çalışdı. Oğul varisi olmadığı üçün qardaşı oğlu olan adaşı Ernesti vəliəhd elan etdi. Ölümünün ardından qardaşıoğlu II Ernest adıyla taxta çıxdı.

Mənbə

Ədəbiyyat

Johann Samuel Ersch (Hrsg.): Allgemeine Encyclopädie der Wissenschaften und Künste, 1. Sektion, 37. Teil, Leipzig, 1842, S. 300 (Digitalisat) Oliver Heyn: Das Militär des Fürstentums Sachsen-Hildburghausen (1680-1806) (=Veröffentlichungen der Historischen Kommission für Thüringen, Kleine Reihe, Bd. 47), Köln, Weimar, Wien 2015 Oliver Heyn: Militärisches Prestige und finanzielle Absicherung. Die Herzöge von Sachsen-Hildburghausen im Dienst der Vereinigten Niederlande (1680-1760), in: Zeitschrift für Thüringische Geschichte 71 (2017), S. 45–72. Rudolf Armin Human: Chronik der Stadt Hildburghausen, Hildburghausen, 1886 Heinrich Ferdinand Schoeppl: Die Herzoge von Sachsen-Altenburg. Bozen, 1917, Neudruck Altenburg, 1992

İstinadlar

Kateqoriya:Fransa–Prussiya müharibəsi iştirakçıları Kateqoriya:Prussiya generalları