Anton Ulrix (; ) — Saksen-Mayninqen hersoqu.

Həyatı 22 oktyabr 1687-ci ildə dünyaya gəldi. Atası Saksen-Mayninqen hersoqu I Bernhard, anası isə onun ikinci xanımı olan Braunşveyqli Yelizaveta Elyanoradır.

Atasının vəfatından sonra 1706-cı ildə böyük qardaşı I Ernest Lüdviq, 1724-cü ildəki vəfatından sonra isə onun oğulları II Ernest Lüdviq və Karl Fridrix taxta çıxdı. Qardaşı oğullarının səltənətləri boyunca 1733-cü ilədək naib kimi xidmət etdi.

Hər ikisinin də varissiz olması səbəbilə, 1743-cü ildə digər qardaşı Fridrix Vilhelm taxta çıxdı. Onun 1746-cı ildə vəfatından sonra isə Anton Ulrix taxta çıxarıldı. 1763-cü ildə Frankfurtda vəfat etdi.

Ailəsi İlk evliliyi 1711-ci ildə bacısının nədimələrindən Filippina Yelizaveta ilə baş tutdu. Bu, monarxial bir evlilik deyildi. Buna baxmayaraq bu nigahdan doğulan 10 övladı 1727-ci ildə şahzadə ünvanı aldı.

Filippina Antuanetta (1712-1785) Filippina Yelizaveta (1713-1781) Filippina Luiza (1714-1771) Filippina Vilhelmina (1715-1718) Bernhard Ernest (1716-1778) Antuanetta Avqusta (1717-1768) Sofiya Vilhelmina (1719-1723) Karl Lüdviq (1721-1727) Kristina Frederika (1723), yaşı tamam olmadan öldü. Fridrix Ferdinand (1725), yaşı tamam olmadan öldü.

İkinci evliliyi isə 26 sentyabr 1750-ci ildə Hessenli Şarlotta Amaliya ilə baş tutdu. Cütlüyün bu nigahdan 8 övladı doğuldu.

Mariya Şarlotta (1751-1827) Luiza (1752-1805) Yelizaveta (1753-1754) Karl Vilhelm (1754-1782) Fridrix Frans (1756-1761) Fridrix Vilhelm (1757-1758) I Georq (1761-1803) Amaliya Avqusta (1762-1798)

Mənbə

Ədəbiyyat

Hefter, Marian (2026). Verhandeltes Zeremoniell. Wissen und Normen am Gothaer Fürstenhof (1640–1800). Norm und Struktur 55 (in German). Cologne: Böhlau Verlag. pp. 427–428. ISBN 978-3-412-53491-2 Die Tagebücher 1667-1686 (Publications of the Thuringian State Archives Gotha IV), edited by Roswitha Jacobsen. 3 volumes, Weimar 1998–2003. Der alchemistische Nachlaß Friedrichs I. von Sachsen-Gotha-Altenburg (Quellen und Forschungen zur Alchemie 1), described by Oliver Humberg, Elberfeld 2005.

Rudolf Armin Human, Chronik der Stadt Hildburghausen, Hildburghausen, 1886 Heinrich Ferdinand Schoeppl, Die Herzoge von Sachsen-Altenburg, Bozen, 1917, Neudruck Altenburg, 1992. Johann Samuel Ersch, Allgemeine Encyclopädie der Wissenschaften und Künste, p. 300. (Digitalisat)

İstinadlar

Kateqoriya:Almaniya lüteranları Kateqoriya:XVIII əsr şəxsləri