Saksoniyalı Maqdalena Sibilya (; ) — Saksoniya kürfürstü I Con Georqun qızı, Saksen-Altenburq hersoginyası.

23 dekabr 1617-ci ildə Drezdendə dünyaya gəldi. Atası Saksoniya kürfürstü I Con Georq, anası isə Prussiya hersoqu Albert Frederikin qızı Maqdalena Sibilyadır. 1633-cü ildə Danimarka-Norveç kralı IV Kristianın oğlu vəliəhd-şahzadə Kristianla nişanlandı. Cütlüyün toy mərasimi isə 5 oktyabr 1634-cü ildə Kopenhagendə baş tutdu. Ancaq cütlüyün bu nigahdan övladı olmadı. Üstəlik əri 1647-ci ildə vəfat etdi.

1651-ci ildə Saksen-Altenburq hersoqu II Fridrix Vilhelmlə nişanlandı. Üstəlik seçilən bəy namizədi də, onun kimi daha öncə evlənmişdi və varisi yox idi. Cütlüyün toy mərasimi 11 oktyabr 1652-ci ildə Drezdendə baş tutdu. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.

Kristian (1654-1663) İohanna Maqdalena (1656-1686) III Fridrix Vilhelm (1657-1672)

1668-ci ildə Altenburqda vəfat etdi.

Mənbə

Ədəbiyyat

New Journal for the History of the Germanic peoples, Volume 1, Issue 1–4, Anton, 1832, p. 88 Ute like to eat:princesses at the Saxon court, Leipzig University Press, 2007, p. 128 Moritz Theodor Frommelt: Sachsen-Altenburg geography or history, Klinkhardt, 1838, p. 129

İstinadlar