Məhəmmədəli İbrahimli Təqaüd Proqramı — dünya azərbaycanlılarının təhsilinə dəstək olan təqaüd proqramı. Proqram Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi Məhəmmədəli İbrahimlinin xatirəsini yaşatmaq üçün yaradılıb.
Məhəmmədəli İbrahimli Məhəmmədəli Mütəllim oğlu İbrahimli 1996-cı il noyabrın 22-də anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr, Azərbaycan Texniki Universitetində isə magistr təhsili alaıb. Ali təhsilini bitirdikdən sonra 2020-ci ildə həqiqi hərbi xidmətə yollanıb. İkinci Qarabağ müharibəsi başladıqdan sonra Suqovuşanın azad edilməsində və Ağdərə istiqamətində baş tutan döyüşlərdə iştirak edib. Döyüşlərin birində yaralanıb hospitala aparılsa da müalicəsini yarımçıq qoyaraq könüllü şəkildə ön cəbhəyə qayıdıb. 2020-ci il oktyabrın 13-də Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüş yoldaşlarının şəhid olduğunu gördükdən sonra erməni mövqelərinə hücum edib, qumbara ilə 20-dən çox erməni hərbçisini məhv edib və şəhid olub. Döyüşlərdə göstərdiyi şücaətə görə "Vətən uğrunda" medalı, "Suqovuşanın azad olunmasına görə" medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Təqaüd haqqında 2021-ci ildə Məhəmmədəli İbrahimlinin bir qrup dostu tərəfindən onun xatirəsini yaşatmaq məqsədilə dünyanın fərqli nöqtələrində məskunlaşan azərbaycanlı tələbələrin magistr səviyyəsi üzrə təhsilini dəstəkləmək üçün "Məhəmmədəli İbrahimli Təqaüd Proqramı" təsis olunub. Dünyanın istənilən bölgəsində yaşayan azərbaycanlılar eləcə də Azərbaycan Respublikasından kənarda doğulan azərbaycanlılar bu təqaüd proqramına müraciət edə bilərlər. Müraciət üçün əsas şərt Vişeqrad qrupu (Polşa, Çexiya, Slovakiya, Macarıstan) və ya Baltikyanı (Litva, Latviya, Estoniya) ölkələrdə yerləşən universitetlərin birindən magistr səviyyəsində təhsil üçün rəsmi qəbul almaq və ya magistr təhsilini orada davam etdirməkdir.
İstinadlar
Xarici keçidlər Məhəmmədəli İbrahimli Təqaüd Proqramı | Ziya Kazımzadə | Əkinçi
Kateqoriya:2021-ci ildə yaradılmış təşkilatlar